Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib
20 Oktyabr 2020 19:18 SiyasətMüdafiə Nazirliyi vətəndaşlara müraciət edib.
Olaylar.az-ın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov bildirib ki, bəzi vətəndaşlar sosial şəbəkələrdə hərbi məlumatları yayması hərbi sirri pozur və hərbçilərimizin həyatına təhlükə yarada bilər:
"Ona görə də yalnız rəsmi məlumatların yayılması məsləhətdir. Vətəndaşlardan xahiş edirik ki bu məsələdə diqqətli olsunlar, hərbi sirr olan və təstiqlənməmiş məlumatlar paylaşmasınlar.
Azərbaycan Ordusu tezliklə torpaqlarımızı işğaldan azad edəcək. Qələbə bizimlədir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31