Qənirə Paşayeva: “Azərbaycan tarixində şanlı səhifələr yazılır”
Qənirə Paşayeva: “Azərbaycan tarixində şanlı səhifələr yazılır”
20 Oktyabr 2020 13:08 Siyasət"Azərbaycan tarixində yeni, şanlı və şərəfli səhifələr yazılır". "Olaylar" xəbər verir ki, bunu deputat Qənirə Paşayeva deyib. Deputat bildirib ki, son 100 ildə ilk dəfə Azərbaycan itirdiyi torpaqlarını geri alır: "Bu gün Azərbaycanın xalqının haqq səsini dünyaya qardaş Türkiyənin televiziyaları çatdırır. Mən onlara təşəkkür edirəm. Eyni zamanda qardaş Pakistana təşəkkür edirəm. Onlar rəsmi dəstəkləri ilə bərabər, Tvitter səhifələrində də Pakistanın rəsmiləri Azərbaycanın haqq səsini dünyaya çatdırır. Biz özümüz də informasiya müharibəsində daha fəal olmağa çağırıram. Xüsusilə Rusiyada, Fransada yaşayan ziyalılarımızdan bunu gözləyirik".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31