Mustafa Şentop: “Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutmaqdadır”

“Bakı-Tblisi-Qars və digər layihələr bu siyasətin bel sümüyünü təşkil etməkdədir. Türkiyə  və Azərbaycanın ətrafındakı regionlar da daha sıx əməkdaşlıq edəcək”

"Bakı-Tblisi-Qars və digər layihələr bu siyasətin bel sümüyünü təşkil etməkdədir. Türkiyə  və Azərbaycanın ətrafındakı regionlar da daha sıx əməkdaşlıq edəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

TBMM sədri bildirib ki, Türkiyə və Azərbaycan dünyanın can damarını əlində tutmaqdadır: "Bu coğrafiyada bütün bölünmüşlüklərə baxmayaraq, region dövlətləri ət və dırnaq kimi birlikdədir. Bütün hücumlarda da bu stratejik birliyiimizi baltalamaq məqsədi var. Türkiyə və Azərbaycanın qəlbi eyni məqsəd üçün birlikdə atdıqca,  bütün cahana səsimizin nə qədər güclü olduğunu bəyan edəcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31