Xocalı soyqırımını törədən bir terror dövlətindən bu addımlar da gözləniləndir - Cəsarət Hüseynzadə
Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və işğal olunmuş ərazilərin sürətlə azad edilməsi Ermənistanın hərbi -siyasi rəhbərliyində ciddi çaşqınlıq yaradıb.
20 Oktyabr 2020 10:19 Siyasət"Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları və işğal olunmuş ərazilərin sürətlə azad edilməsi Ermənistanın hərbi -siyasi rəhbərliyində ciddi çaşqınlıq yaradıb. Düşmən tərəfin siyasi sistemində təlatümlər baş verməkdədir. Hərbi strukturlarda isə özbaşınalıq, əmrə tabe olmama, uğursuzuq və s məqamlar artmaqdadır. Bütün bu məqamlar düşməni bir qədər də aqressivləşdirir."
Bu fikirləri Olaylar.az-a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək ictimai birliyinin sədri, QHT.az saytının rəhbəri Cəsarət Hüseynzadə aşıqlamasında bildirib.
Cəsarət Hüseynzadə qeyd edir ki, döyüş meydanında acı məğlubiyyətə düçar olan Ermənistan ordusu və onun hərbi -siyasi rəhbərliyi mülki əhaliyə qarşı məkrli niyyətlərini həyata keçirməyə başlayır. Xocalı soyqırımını törədən bir terror dövlətindən bu addımlar da gözləniləndir:
"Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycanın yaşayış məntəqələrinin ağır artilleriya və raket qurğularından atəşə tutulması nəticəsində dinc mülki əhalimizə qarşı sülh və insanlıq əleyhinə olan cinayətlərin törədilməsi, o cümlədən 4, 11 və 17 oktyabr tarixlərində Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin raket zərbələrinə məruz qalması faktı beynəlxalq ictimaiyyət tərəfindən də ciddi qınanmaldır.
Müharibə ilə bağlı bütün humanitar hüquq qaydalarını pozan Ermənistanın və bu dövlətin quldur rəhbərliyinin hərəkətləri beynəlxalq səviyyədə pislənilməli və beynəlxalq hüquq müstəvisində öz qiymətini almalıdır."
QHT.az saytının rəhbəri bildirir ki, Ermənistan ordusu heç bir hərbi obyekt olmayan ərazilərə qadağan olunmuş müxtəlif tipli raketlər atmaqla, bilərəkdən mülki əhalinin yaşadığı əraziləri hədəf alır:
"Nəticədə xeyli sayda mülki şəxs həyatını itirib ki, onlar arasında uşaqlar, qocalar və qadınlar da var. Xeyli sayda evlər dağıdılmış, minlərlə evlərə ciddi ziyan dəyib.
Xüsusən humanitar atəşkəsin elan olunduğu günlərdə Ermənistanın bu addımları təkrar etməsi onu göstərir ki, Ermənistanla hər hansı danışıq mənasızdır. Bu işğalçı dövlət ilə ancaq döyüş meydanında silahların dili ilə danışmaq lazımdır. Azərbaycan Ordusu da bu missiyanı çox uğurla həyata keçirərək, düşmən ordusunu darmadağın etməkdədir."