Özbəkistan parlamentinin Sədri Gəncə terroru ilə bağlı narahatlığını Bildirib

Özbəkistan Ali Məclisinin Sədri Nurdinjon İsmailov Milli Məclisin Sədri Sahibə Qafarovaya məktub ünvanlayıb. Məktubda Nurdinjon İsmailov dost ölkə olaraq Özbəkistanın Dağlıq Qarabağ ətrafında silahlı münaqişə və azərbaycanlı mülki şəxslərin öldürülməsi ilə bağlı ciddi narahatlığını ifadə edib. O, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verilib.

Məktubda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar  Özbəkistan Respublikasının prinsipial mövqeyi bir daha diqqətə çatdırılaraq bildirilib ki, münaqişə BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün qorunması şərti ilə həll olunmalıdır.

Özbəkistan parlamentinin Sədri gələcəkdə ölkələrimiz və xalqlarımız arasında əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31