Arxa cəbhədə hər bir vətəndaş qoyulan qaydalara əməl etməlidir- Ayaz Hüseynov

“Son günlər COViD-19 virusunun əhali arasında kəskin yoluxma  artımını müşahidə edirik. Belə ki, 18 oktyabr 2020-ci ilə olan statistika 647 yoluxma halı göstərilib”.

"Son günlər COViD-19 virusunun əhali arasında kəskin yoluxma  artımını müşahidə edirik. Belə ki, 18 oktyabr 2020-ci ilə olan statistika 647 yoluxma halı göstərilib".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının sədri Ayaz Hüseynov bildirib.

Ayaz Hüseynov qeyd edir ki, Azərbaycan hal hazırda müharibə dövrünü yaşayır və ordumuza həkimlər və polislərimizin dəstəyi əvəzolunmazdır:

"Belə olan zaman vətəndaşların üzərinə çox böyük  məsuliyyət düşür. Vətəndaşlarımız şərtsiz olaraq sadə qaydalara maska taxmaq, sosial məsafə və şəxsi gigiyenaqaydalarına əməl etməklə özlərini, yaxınlarını, ən əsas da Azərbaycan ordusunu qorumuş olur. Bu dönəmdə arxa cəbhədə hər bir vətəndaş qoyulan qaydalara əməl etməlidir. Əks halda bizi yenidən sərt karantin rejimi gözləyə bilər. Bu da ictimai səhiyyəyə və iqdtisadiyyata ziyan verə bilər."

65 yaşdan yuxarı olan vətəndaşların evdə qalması tövsiyyə xarakteri daşıdığını bildirən Ayaz Hüseynov bildirir ki, bu vətəndaşların kollektiv içində iş fəaliyyətinin göstərməsi, vətəndaşların özlərinə, ətrafdakılara ciddi şəkildə virusa yoluxma təhlükəsi yarada bilər:

"Ən əsası hər kəs bilməlidir ki, həkimlərimizin bir hissəsi hal hazırda ön cəbhədə əsgərlərimizin yanındadır. Həmrəylik göstətərək, qaydalara əməl etməklə müharibənin sonuna və qələbə çalanadək  həkimlərin əsgərlərimizin yanında olmalarına çalışmalıyıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31