Türkiyə S-400-ləri hərəkətə keçirdi - Bu ölkə HƏYACAN İÇİNDƏ
Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin sınaqlarına başlayıb.
19 Oktyabr 2020 16:00 SiyasətTürkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin sınaqlarına başlayıb.
Olaylar.az xəbər verir ki, sistemlərin bir hissəsi Sinopda testdən keçib.
Uğurla tamamlanan sınaqların ilk mərhələsi Yunanıstanı dərin narahat edib. Yunan mətbuatı rəsmi Afinanın S-300 hava hücumundan müdafiə sistemi ilə 7 il fasilədən sonra ikinci sınaq atışını gerçəkləşdirməyə hazırlaşdığını yazıb.
Xəbərə görə, sınaqlar noyabr ayında başlayacaq. Bu tarixdə isə ABŞ və Rusiya xarici işlər nazirlərinin Yunanıstana ardıcıl səfərləri ilə üst-üstə düşür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31