Şanlı Azərbaycan Ordusu ərazi bütövlüyümüzü təmin edəcək
“Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalıb. Ermənistan ordusu cəbhədə Azərbaycan silahlı qüvvələrinin gücünə tab gətirə bilmədiyi üçün mülki əhalini hədəf alır. Bu günə qədər mülki əhali arasından 43 nəfər həlak olub 200-dən çox şəxs yaralanıb.
19 Oktyabr 2020 15:13 Siyasət"Sentyabrın 27-də Azərbaycan Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalıb. Ermənistan ordusu cəbhədə Azərbaycan silahlı qüvvələrinin gücünə tab gətirə bilmədiyi üçün mülki əhalini hədəf alır. Bu günə qədər mülki əhali arasından 43 nəfər həlak olub 200-dən çox şəxs yaralanıb. Atəşkəs imzalandıqdan sonra da Ermənistan orudusu artilleriya atəşinə davam edib, Gəncə əhalisinə qarşı terror aktı törətmişdir". Bunu "Olaylar"a deyən Nəsimi rayon gənci Simranə Məmmədovanın sözlərinə görə, bütün bunlara baxmayaraq Azərbaycan ordusunun hərbi əməliyyatları uğurla davam edir: "Azərbaycan Silahlı Qüvvələrinin xaricdən gələn əlavə muzdlulara ehtiyacı yoxdur, bu gün hərbçilərimiz qarşısında qoyulan hər bir vəzifəni uğurla yerinə yetirməyə qadirdir. Azərbaycan xalqı üçün bu mübarizə azadlıq mübarizəsidir, Ermənistan üçün isə işğalçılıq müharibəsi. Bu gün cəbhədə qondarma"Dağlıq Qarabağ Ordusu" yoxdur. Qarabağdakı hərbi qulluqçuların 90 faizi Ermənistan vətəndaşıdır".
Onun sözlərinə görə, hazırki əməliyyatlarda Prezident İlham Əliyevin əsas amalı Azərbaycan xalqının etimadını doğrultmaqdır. Bütün illər ərzində verdiyi vədləri uğurla yerinə yetirmək və Azərbaycanın ərazi bütövlüyünü qorumaqdır. Azərbaycan xalqı isə Prezident İlham Əliyevin bu uğurlu siyasətinə yüksək dəyər verir, hər daim ölkə başçısının verdiyi qərarları dəstəkləyir: "Azərbaycan işğalçıya qarşı Vətən müharibəsi aparır. Tezliklə Azərbaycan dövləti bu mübarizədə qalib gələrək öz ərazi bütövlüyünü bərpa edəcək və üç rəngli bayrağımızı Qarabağda dalğalandıracaq".