Azərbaycanın öz tarixi torpaqları üzərində suveren hüquqlarını bərpa etmək haqqı var
Sentyabrın 27-i Ermənistan işğalçılıq siyasətini yenidən davam etdirdi. Azərbaycanın Silahlı Qüvvələri düşmənə qarşı əks hücuma keçdi və düşmənə layiqincə cavabını verdi.
19 Oktyabr 2020 12:14 Siyasət"Sentyabrın 27-i Ermənistan işğalçılıq siyasətini yenidən davam etdirdi. Azərbaycanın Silahlı Qüvvələri düşmənə qarşı əks hücuma keçdi və düşmənə layiqincə cavabını verdi. Çünki Azərbaycanın öz tarixi torpaqları üzərində suveren hüquqlarını bərpa etmək haqqı var . Azərbaycanın müzəffər ordusu Qarabağ torpaqlarını işğaldan azad edəcək, çünki o torpaqlar bizimdir, Azərbaycanındır!" Bunu "Olaylar"a deyən Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi Zeynəb Hüseynovanın sözlərinə görə, ortaya belə bir sual çıxır, bəs erməni əsgərlərinin bu torpaqlarda nə işi var, onlar nə üçün savaşır? Bizim işimiz haqq işidir, bəs onlar? "Tək cavab: vandalizm, terrorizm, işğalçılıq siyasətidir. Biz bu siyasəti dayandırmaları üçün onlarla 30 il verdik. Amma onlar uzun illərdir işğal altında saxladıqları Azərbaycan torpaqlarında, qoşunların təmas xəttində ölkəmizə qarşı geniş miqyaslı hərbi əməliyyatlara başlaması dövlətimizin və xalqımızın Vətən uğrunda mübarizəyə qalxmasını zəruri etdi və Qarabağ savaşının yeni həlledici mərhələsinin başlanmasına təkan verdi. Ordumuzun düşmənin təcavüzünü qəhrəmancasına dəf etməsi və əks-hücuma keçərək düşmənə sarsıdıcı zərbə endirməsi xalqımızın qələbə əzminin nümayişi oldu. Biz əzəldən haqqın tərəfdarı olduq və indi də eləyik! Öz torpaqlarımızıda haqq-ədalətlə yadelli tapdağından azad edəcəyik! Aciz ermənilər kimi mülki əhalini raket atəşinə tutmaqla deyil, digər ölkə prezidentlərinə "kömək edin" deyə yalvararaq deyil!"
Onun sözlərinə görə, hər zaman olduğu kimi Prezident İlham Əliyev yenə siyasi müdriklik nümayiş etdirdi, düşmənin məkrli təxribatına soyuqqanlılıqla yanaşaraq döyüş əməliyyatlarını Ermənistan ərazisinə keçirmədi, ordumuz düşmən mövqelərinə dəqiq və sarsıdıcı zərbələr endirməklə kifayətləndi və beləliklə Ermənistanın üçüncü tərəfi müharibəyə cəlb etmək niyyəti baş tutmadı: "Azərbaycan prezidenti "Biz nəyi, nə zaman və necə etməyi bilirik!" bəyan etməklə öz strateq uzaqgörənliyini ortaya qoydu və yüksək kürsülərdən dünyaya dəfələrlə Ermənistanın təcavüzkar siyasətinin acı nəticələr doğuracağına və bunun məsuliyyətinin də təcavüzkar ölkənin siyasi-hərbi rəhbərliyinin üzərində qalacağına dair çağırışlar etdi. Ali Baş Komandanın əmri ilə Azərbaycan ordusunun və bütün Azərbaycan xalqının bu azadlıq müharibəsinin zəfərlə başa çatacağına, nəyin bahasına olursa-olsun torpaqlarımızın azad ediləcəyinə, ölkəmizin ərazi bütövlüyünün təmin ediləcəyinə dərindən inanırıq. Tarixi haqqımız olsa da, bizim düşmənin torpaqlarında gözümüz yoxdur, beynəlxalq hüququn tanıdığı öz torpaqlarımıza sahib olub dövlətimizin suveren haqqını təmin etməliyik. Əminik ki, çətin sınaqlardan keçmiş, həlledici anlarda həmişə coşqu ilə təzahür etmiş dövlət və xalq birliyimiz sayəsində buna nail olacağıq. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev başda olmaqla şanlı ordumuza qarşıdakı müqəddəs xilaskarlıq vəzifəsində zəfərlər, xalqımıza qələbə sevinci arzulayırıq!"