Mustafa Şəntop: “Türkiyə-Azərbaycan münasibətləri tarixən ən yüksək səviyyədə olub”
“Türkiyə-Azərbaycan münasibətləri digər iki ölkə arasında mövcud olan münasibətlərlə müqayisə edilə bilməz. Bu münasibətlər tarixən ən yüksək səviyyədə olub”.
19 Oktyabr 2020 10:59 Siyasət"Türkiyə-Azərbaycan münasibətləri digər iki ölkə arasında mövcud olan münasibətlərlə müqayisə edilə bilməz. Bu münasibətlər tarixən ən yüksək səviyyədə olub". "Olaylar"ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şəntop deyib. M.Şəntop qeyd edib ki, əsrin əvvəlində Türkiyənin 34 şəhərindən insanlarımız burada döyüşüblər: "Bakıda Şəhidlər Xiyabanında Türkiyədən gələrək döyüşüb şəhid olanların abidələri var. Bu gün Azərbaycanın işğal olunmuş ərazilərini azad etmək üçün apardığı savaşı Türkiyədə insanlarımız Azərbaycan vətəndaşları qədər həyəcanla izləyirlər".