"Ermənistanın Naxçıvana genişmiqyaslı hücumu olacağını düşünmürəm" - Türkiyə parlament sədri

Ermənistanın Naxçıvana genişmiqyaslı hücumu olacağını düşünmürəm.

Bunu bu gün jurnalistlərə açıqlamasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop deyib.

M.Şentop bildirib ki, Ermənistanın  məqsədi odur ki, Azərbaycanı və Türkiyəni təhrik edərək özünün səbəb olduğu müharibəni, atəşi ətraf bölgələrə də yaysın: "Ətrafdakı ölkələr siyasi cəhətdən daha ağıllı ölkələrdir, belə bir məsələ olmaz. Biz işğalçının məğlub ediləcəyinə inanırıq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31