Sərnişin avtobusu torpağın altında qaldı: 16 nəfər öldü

Pakistanda torpaq sürüşməsi nəticəsində sərnişin avtobusu torpağın altında qalıb.

Bu barədə yerli "Dawn" nəşri hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Nəticədə, nəqliyyat vasitəsinin içində olan 16 sərnişin torpağın altında qalaraq, faciəvi şəkildə vəfat edib.

Hadisə yerində xilasetmə işləri sona çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31