Erməni təxribatları nəticəsində Tərtərə dəyən ziyan açıqlandı - RƏSMİ

“27 sentyabrdan bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun 36 yaşayış məntəqəsinə 13136 mərmi düşüb.

"27 sentyabrdan bu günədək Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonunun 36 yaşayış məntəqəsinə 13136 mərmi düşüb.

Olaylar.az xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətindən  verilən məlumata görə, ümumilikdə, rayonda düşmən təxribatı nəticəsində 118 ev tamamilə dağıdılıb, 646 evə ziyan dəyib:

"64 çoxmənzilli yaşayış binasına ziyan dəyib. 30 yardımçı tikili tamamilə dağıdılıb. Eyni zamanda, 50 yardımçı tikiliyə, 19 sosial obyektə, səkkiz istehsal obyektinə, 44 ticarət obyektinə ziyan dəyib".

"Həmçinin, 18 inzibati bina zərər çəkib", - deyə RİH-dən bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31