Pakistanın Baş naziri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycana dəstəyini bildir

Pakistanın Baş naziri İmran Xan ərazi bütövlüyünün qorunması məsələsində Azərbaycana dəstəyini bildirib.

Olaylar.az Trend-ə istinadən bildirir ki, bu barədə Baş nazir "Twitter" səhifəsində paylaşım edib.

"Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram. Ölkələrinin ərazi bütövlüyünü şücaətlə qoruyan Azərbaycan silahlı qüvvələrinə ehtiramımızı ifadə edirik. Pakistan Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərini dəstəkləyir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31