Hulusi Akar: "Mülki şəxslərə qarşı ballistik raketlərlə edilən hücumların əmrini verənlər bunun hesabını verəcək"
17 Oktyabr 2020 15:20 SiyasətTürkiyənin Milli Müdafiə naziri Hulusi Akar Azərbaycan Müdafiə naziri Zakir Həsənovla telefonla danışıb.
Telefon danışığında Hulusi Akar Ermənistanın Gəncə şəhərinə mülki şəxslərin həyatını itirməsi ilə nəticələnən hücumunu qınayıb.
Nazir bildirib: "Mülki şəxslərə yönəlik ballistik raketlərlə edilən hücumların əmrini verənlər mütləq bunun hesabını verəcək, bu vəhşətə səssiz qalanları da tarix əsla bağışlamayacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31