Deputat: “Biz çox yaxın zamanlarda bayrağımızın Şuşada dalğalanmasını görə biləcəyik”

 “Gəncə xəbəri bu gün hər kəsdə kədər yaratdı. Bu terror hadisəsi hamımızı məyus etdi. Dünyasını dəyişənlər, yaralanan dinc sakinlər oldu. Digər tərəfdən isə füzulilər üçün bu gün tarixi gündür.

"Gəncə xəbəri bu gün hər kəsdə kədər yaratdı. Bu terror hadisəsi hamımızı məyus etdi. Dünyasını dəyişənlər, yaralanan dinc sakinlər oldu. Digər tərəfdən isə füzulilər üçün bu gün tarixi gündür. "Olaylar" xəbər verir ki, bunu deyən Füzulidən olan deputat Vüqar Bayramovun sözlərinə görə, 27 il işğal altında qalan Füzuli şəhəri və əksər kəndlər işğaldan azad olunub: "Bu gün bir gözümüz Gəncə üçün ağlasa da, bir gözümüz Füzuli üçün güldü. Çünki uzun müddət həsrətində olduğumuz, gedə bilmədiyimiz Füzuli şəhəri artıq azaddır. Füzulinin böyük iqtisadi potensialı var. Təxminən 150 minə yaxın əhalisi olan bir rayondur".

V.Bayramov bildirib ki, Füzuli sənaye və turizm üzrə də böyük potensiala sahibdir: "Bu potensialdan istifadə etmək imkanlarımız olacaq. Rayonun və şəhərin bərpası həyata keçiriləcək. Bütün infrastruktur dağıdılıb amma Azərbaycanın mövcud potensialı qısa zamanda infrastrukturun bərpasına imkan verəcək". Deputat əlavə edib ki, Füzuli xəbəri birmənalı şəkildə terrorçulara verilən cavabdır: "Ordumuzun bu uğuru terror hadisəsi zamanı dünyasını dəyişənlərin qisasının alınmasıdır. Onların qanı yerdə qalmadı. Füzuli strateji əhəmiyyətə malikdir və Azərbaycan Ordusu dayanmayacaq. Biz çox yaxın zamanlarda bayrağımızın Şuşada dalğalanmasını görə biləcəyik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31