Həlak olan mülki vətəndaşların ümumi sayı 60-a çatdı

Erməni təxribatı nəticəsində ölən və yaralanan Azərbaycanın mülki vətəndaşlarının sayı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60 mülki şəxs həlak olub, 270 nəfər yaralanıb.

Bundan başqa, 327 mülki obyekt, 1704 yaşayış evi və 90 çoxmənzilli yaşayış binası yarasız hala düşüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31