MM sədri beynəlxalq təşkilatlara çağırış edib
17 Oktyabr 2020 11:23 SiyasətMilli Məclisin sədri Sahibə Qafarova beynəlxalq təşkilatları Azərbaycanın günahsız mülki vətəndaşlarının ölümünə səbəb olan terroru dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb. "Olaylar" xəbər verir ki, spiker Sahibə Qafarova bununla bağlı "Twitter" hesabında paylaşım edib. Sədr qeyd edib ki, Ermənistan terrorçu üzünü bir daha göstərdi: "Bu gecə başqa bir SKUD ballistik raketi Azərbaycanın Gəncə şəhərinə tuş gəldi. Beynəlxalq təşkilatlar ilk olaraq, BMT Azərbaycanın günahsız mülki insanlarının həyatına səbəb olan bu terroru dayandırmaq üçün təcili tədbirlər görməlidir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31