Hikmət Hacıyev: Gəncədə 35 dinc sakin xəsarət alıb, 6 nəfər həlak olub- YENİLƏNİB
17 Oktyabr 2020 04:08 SiyasətGəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb, 35 nəfər xəsarət alıb.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
XXX
Ermənistan silahlı qüvvələrinin Gəncəni raket atəşinə tutması nəticəsində 35 dinc sakin xəsarət alıb, 5 nəfər həlak olub. Ölənlər arasında 2 uşaq da var.
Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev "Twitter"dəki hesabında yazıb.
"Hazırda təxirəsalınmaz işlər görülür. Erməni terroru və hərbi cinayətləri davam edir", - deyə o qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31