Ermənilər harada olursa-olsunlar, torpaq davasına başlayırlar, bu, onların xislətidir - Milix Yevdayev
Ermənilər harada olursa-olsunlar, torpaq davasına başlayırlar. Bu, onların xislətidir, onlar bunu tərgidə bilmirlər.
16 Oktyabr 2020 15:28 SiyasətErmənilər harada olursa-olsunlar, torpaq davasına başlayırlar. Bu, onların xislətidir, onlar bunu tərgidə bilmirlər.
Olaylar.az-ın məlumatına görə, bunu Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev deyib.
M.Yevdayev bildirib ki, bu gün Azərbaycan xalqının birliyini görəndə çox böyük qürur duyur: "İnsanlar qorxmurlar, onlar öz ordularına inanırlar. Biz bütün yəhudi təşkilatlarına da müraciət etmişik. Biz haqq yolundayıq, qalib gələcəyik.
Biz Azərbaycan xalqına, Ali Baş Komandana, ordumuza dualar edirik. Qoy bizim uca bayrağımız Qarabağ bölgəsində dalğalansın!".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31