Güney Azərbaycanda aksiyalar başlanır

İran işğalçı Ermənistana yardımlarını davam etdirir. Bu, islam respublikasında yaşayan 35 milyondan çox azərbaycanlını narazı salıb. Soydaşlarımız İran rejiminə bununla bağlı bir neçə dəfə etiraz ediblər.

Məlumata görə, bazar günü, yəni oktyabrın 18-də yerli vaxtla saat 17:00-da Güney Azərbaycanın Təbriz, Ərdəbil , Urmiyə və Zəncan şəhərlərində, eyni zamanda Tehranda İranın Ermənistana dəstəyinə etiraz olaraq aksiyalar keçiriləcək.

Aksiya iştirakçılarının əsas tələbi və şüarı "Nurduz gərək bağlana!" olacaq.

Nurduz, İranla Ermənistan arasındakı sərhəd-gömrük məntəqəsidir və son zamanlarda həmin keçid qapısından Ermənistana Rusiyadan göndərilən silahları daşıyan tırların görüntüləri yayılmışdı və bu da Güneyli soydaşlarımızın hiddətinə səbəb olmuşdu.

Eyni zamanda Güneyli milli fəallar bildirirlər ki, İran rejimi həm də özü Nurduz vasitəsilə Ermənistana silah-sursat, ərzaq və sairə yardımlar da göndərir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31