MN: Ermənistanın Azərbaycan HHQ-nin Su-25 təyyarəsinin vurulması barədə yaydığı xəbər dezinformasiyadır

Ermənistan KİV-nin Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus Su-25 təyyarəsinin vurulması barədə yaydığı məlumat yalandır və düşmən tərəfinin növbəti dezinformasiyasıdır.

Bu barədə   Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlik rəsmi olaraq bildirir ki, oktyabrın 15-də Azərbaycan HHQ-nin döyüş aviasiya vasitələri tətbiq edilməyib və heç bir Su-25 döyüş təyyarəsi havaya qaldırılmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31