Prezident İlham Əliyev: “Bizim Ermənistan torpağında gözümüz yoxdur”
Rəcəb Tayyib Ərdoğan: “Ermənistan həm işğalçı, həm də atəşkəsi pozan tərəfdir” “Düşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.
15 Oktyabr 2020 15:01 SiyasətRəcəb Tayyib Ərdoğan: "Ermənistan həm işğalçı, həm də atəşkəsi pozan tərəfdir"
"Düşmən cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib
"Oktyabrın 14-dən 15-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam və Füzuli- Hadrut-Cəbrayıl istiqamətlərində əvvəlki günlərdə olduğu kimi vəziyyət gərgin olaraq qalıb.
Ermənistan silahlı qüvvələrinin bölmələri gecə ərzində cəbhənin bəzi istiqamətlərində Azərbaycan Ordusunun mövqelərinə basqın etməyə cəhd göstərib. Qoşunlarımız tərəfindən həyata keçirilən uğurlu tədbirlər nəticəsində qarşı tərəf ciddi itki verib və cəbhənin müxtəlif istiqamətlərində geri çəkilməyə məcbur edilib.
Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd "Tor-M2KM" zenit raket kompleksi, 4 ədəd BM-21 "Qrad" YARS, 1 ədəd D-20, 1 ədəd D-30 və 2 ədəd D-1 haubitsa topu, bir neçə PUA-sı və avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Əldə olunan məlumata əsasən Ermənistan silahlı qüvvələrinin müvəqqəti işğal etdiyi ərazilərdəki qüvvə və ehtiyatlarına ağır zərbə vurulub. Düşmənin canlı qüvvəsi, döyüş texnikası, silah-sursatı, yanacağı tükənmək üzrədir."
27 sentyabrdan bu günə qədər günün müxtəlif saatlarında Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu xüsusda xəbərlər paylaşır. Qeyd olunan tarixdən Azərbaycan əsgəri Qarabağda yerləşən yüksəkliklər, Hadrut qəsəbəsi, Cəbrayıl rayonu, Füzuli rayonunun bir neçə kəndini 27 illik düşmən əsarətindən, əzabından xilas etdi. 1992-1993-cü illərdə erməni vəhşiliyi nəticəsində öz torpaqlarını tərk etmək məcburiyyətində qalan körpə ərənlər bu gün öz adları və qanları bahasına Azərbaycan tarixində yeni qəhrəmanlıq səlnaməsi yazırlar. Ali Baş Komandanın sayəsində bu gün otuz ilə yaxın vətən həsrətinə son qoyulur. Xalq və ordu olaraq prezidentin ətrafında sıx birləşən hər bir azərbaycanlının yeganə məqsədi Qarabağı 30 illik əzabdan, işgəncədən xilas etməkdi.
Düşmən əsarətindən azad olunan torpaqlardan yayımlanan görüntüləri izlədikcə tarixin bizə necə vəhşi bir düşmən "qismət" elədiyinə heyrət etməmək mümkün deyil. Torpağa, evlərə, daşlara verilən hər bir əzab, işgəncə əsirlərimizə verilən əzabdan heç nə ilə fərqlənmir. Bir toplumun səbəbsiz yerə bu qədər zalım, qəddar olması tək Azərbaycan və qonşu dövlətlər üçün deyil, bütün bəşəriyyət üçün böyük təhlükədi. Bu gün düşməni tarixdən xəbərsiz müdafiə edənlər də dünyamız üçün eyni təhlükədir.
Bu günlər ərzində əsgərlərimiz ön cəbhədə Azərbaycanın nüdafiəsinə qalxdığı kimi arxa cəbhədə də prezident İlham Əliyev dünyanın məşhur media qurumlarına müsahibələr verərək Azərbaycanın öz torpaqları uğrunda mübarizə apardığını, Azərbaycan ordusu Ermənistandan fərqli olarq sivilləri və mülkü yaşayış məskənlərini hədəf almadığını dönə-dönə vurğulayır.
Fransaya məxsus "France 24" televiziya kanalına müsahibə verən ölkə başçısı Moskvada razılaşdırılmış humanitar atəşkəsin ermənilər tərəfindən ilk gündəcə pozulduğu haqqında ətraflı məlumat verərək qeyd etmişdir ki, biz həmişə öhdəliyimizə sadiq qalırıq:
"Bildiyiniz kimi, humanitar zəmində atəşkəsin elan olunması qərarı Rusiyadan gəlmişdir və biz bunu dəstəklədik. Çünki düşünürəm ki, ölmüş əsgərlərin cəsədlərini və girovları mübadilə etmək, fəaliyyəti danışıqlar masasında davam etdirmək üçün, bu, doğru qərar idi. Çünki Moskvada elan olunmuş bəyannamədə faktiki olaraq danışıqların əsas prinsiplər çərçivəsində aparılacağı təmin edilmişdir. Bu, həmişə bizim mövqeyimiz olub. Ermənistan tərəfi həmişə prosesi pozmağa və danışıqlar masasına yeni yanaşmaları tətbiq etməyə çalışırdı. Bunlar bizim tərəfimizdən və Minsk qrupunun həmsədrləri tərəfindən rədd edilmişdir. Digər məsələlərlə birlikdə bəyannamənin ən mühüm hissəsi ondan ibarətdir ki, danışıqların formatı dəyişməz olaraq qalacaq. Bu, çox önəmlidir. Ola bilsin, bunun geniş beynəlxalq auditoriya üçün nə anlam daşıması o qədər aydın deyil. Mən, əlbəttə, bu barədə daha ətraflı məlumat verəcəyəm. Çünki Ermənistanda yeni hökumət hakimiyyətə gələndən sonra son iki il ərzində fəaliyyətlərindən biri qondarma "Dağlıq Qarabağ respublikasının hökumətini" danışıqlar masasına cəlb etmək və beləliklə də danışıqların formatını dəyişmək idi. Çünki iyirmi ildən artıqdır ki, danışıqlar Minsk qrupu prosesi çərçivəsində Ermənistan və Azərbaycan arasında aparılır. Odur ki, qondarma "Dağlıq Qarabağ respublikası hökumətini" danışıqlara cəlb etmək səyləri formatı dəyişdirmək cəhdləri idi. Beləliklə, hər iki tərəf formatın dəyişməz olaraq qalmasına sadiq qaldıqda, bu, hər şeyin əvvəllər razılaşdırılmış çərçivədə olacağı deməkdir. Biz atəşkəs rejiminə əməl edirdik. Lakin bildiyiniz kimi, Ermənistan atəşkəsi kobud şəkildə pozdu və bu, təkcə Gəncədə baş verməyib. Gəncədə mülki vətəndaşlara hücum onların təcavüzkar siyasətini əks etdirir. Həmçinin onlar atəşkəsi hər gün pozurlar. Bu gün mənə məlumat verilmişdir ki, bu səhər saat 7-dən 9-a qədər onlar Tərtər və Ağdam şəhərlərini 150 dəfədən çox artilleriya atəşinə tutublar. Əfsuslar olsun ki, bu gün Tərtərdə mülki şəxslər arasında bir nəfər həlak olub."
Həmçinin Prezident İlham Əliyev Türkiyənin "Haber Türk" telekanalına müsahibəsində Azərbaycan tərəfinin atəşkəsə razılıq verməsinin səbəbləri barədə danışarkən bidirib ki, bz Ermənistana şans verdik:
"Biz bu atəşkəsə razı olmaya da bilərdik. Kim bizi məcbur edə bilərdi?! Heç kim. Biz bunu etdik ki, bu tərəfdən də, o tərəfdən də insanlar ölməsinlər. Onlar da yazıqdırlar. Onları da qovurlar. İndi bizim Müdafiə Nazirliyi videokadrlar yayıb, zəncirlə bağlayırlar erməni əsgərlərini, zəncirlə, dəmirə bağlayırlar, bir-birinin ayağına bağlayırlar ki, qaçmasınlar. Neçə dənə belə meyit çıxdı. Dəhşətdir, bunlar adam deyil. Son günlərdə erməni əsgərlərinin arxasınca cəza taborları gəlir. Əgər kimsə geri qaçarsa, o, orada vurulur, yəni, belə vəhşilik, belə faşizm.
Biz bu nisgillə yaşadığımız üçün istəyirik ki, oraya qayıdaq, ancaq sülh yolu ilə. Ona görə Ermənistana şans verdik, atəşkəsi qoru, onu pozma, masa arxasına otur, bu məsələni həll et, torpaqlarımızı bizə ver. Sənin torpağın bizə lazım deyil. Bizim Ermənistan torpağında gözümüz yoxdur. Sizə də söylədim, oradakı ermənilər harada yaşayıblar, orada da yaşayacaqlar, bizim onlarla heç bir problemimiz yoxdur. Yəni, bu mərhələ üçün bizim siyasətimiz bundan ibarətdir sona qədər", - deyə Azərbaycan Prezidenti əlavə edib.
Bu çətin tarixi sınaqda Azərbaycanın hər bir qərarı ilə yanında olan Türkiyə, Pakistan, İsrail ilk gündən ölkləmizin ərazi bütövlüyünü tanıyaraq, öz köməklərini təklif etdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 27-dən iştirakçısı olduğu bütün beynəlxalq tədbirlərdə hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını dönə-dönə qeyd etmişdir: "Azərbaycan sadəcə öz torpaqlarını işğaldan azad edir. Ermənistan həm işğalçı, həm də atəşkəsi pozan tərəfdir. Ermənistanın hədəfi atəşkəs deyil. Belə olmasaydı, Ermənistan atəşkəsdən sonra Azərbaycan şəhərlərinə raket zərbələri endirməzdi. Ermənistanı cəsarətləndirən beynəlxalq ictimaiyyətin onların aqressiyasına göz yummasıdır."
İsrailin keçmiş Xarici İşlər və Müdafiə naziri Aviqdor Liberman Azərbaycanı və onun ərazi bütövlüyünü dəstəkləyən açıqlama verərək qeyd etmişdir ki, haqq-ədalətin Azərbaycanın yanındadır: "Son nəfəsimizə qədər Azərbaycanın yanındayıq, Dağlıq Qarabağ Azərbaycanın ərazi bütövlüyüdür! İsrail heç vaxt və heç bir zaman Azərbaycan ərazisini status-kvo kimi tanımayacaq!"
Pakistanın Baş naziri İmran Xan Azərbaycana növbəti dəfə dəstək açıqlaması ilə çıxış edərək bildirmişdir ki, Azərbaycanın Qarabağ uğrunda apardığı haqlı davasında daim yanındayıq və Azərbaycan ilə işğalçı Ermənistan arasında aparılan müharibəyə üçünçü ölkələri müdaxilə etməməyə çağırıb: "İşğalçı Ermənistana dəstək verən qonşu dövlətlər Azərbaycanın apardığı əməliyyatlara müdaxilə etməkdən çəkinsinlər. Bu, ilk növbədə regionda sülhün bərqərara olması üçün vacibdir. Dost Azərbaycan xalqı və dövləti bizim etibarlı müttəfiqimizdir. Əgər qardaş Azərbaycan dövləti bizdən hərbi dəstək istəsə, Pakistan Ordusunun bütün silahları qardaş ölkənin sərəncamındadır".
Ay An