“Sizin qətiyyətli addımlarınızı axıra qədər dəstəkləyəcəyik”
15 Oktyabr 2020 14:37 SiyasətXilaskar dövlət başçısının qələbə müjdəli xəbərləri Azərbaycan xalqının daha da ruhlandırıb
Dövlət başçısı İlham Əliyev prezident seçildiyi ilk gündən Azərbaycan dövləti və xalqının maraqlarının müdafiəçisi olduğunu sübut edib. Ölkə başçısı həyata keçirdiyi daxili və xarici siyasəti ilə isə verdiyi vədləri yerinə yetirb. Xüsusən, yürüdülən sosial-iqtisadi siyasət zamanı daim xalqın mənafeyini üstün tutub.
Ölkədə həyata keçirilən çoxsaylı soaial-iqtisadi layihələr, eləcə də ümüumilli problem olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin həllində isə daim qətiyyətli mövqeyini nümayiş etdirb. Dövlət başçısı dəfələrlə bəyan edib ki,
Dağlıq Qarabağ problemi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır: "Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımayıb, əminəm ki, tanımayacaqdır". Məhz dövlət başçısının qətiyyəti ölkədə iqtidar-xalq-ordu birliyinin möhkəmlənməsini təmin etdi. Xilaskar dövlət başçısının qələbə müjdəli xəbərləri Azərbaycan xalqının daha da ruhlandırıb. Elə ölkə vətəndaşlarının Prezident İlham Əlyevə ünvanladıqları məktublarda da yüksək əhval-ruhiyə hiss olunmaqdadır. Ali Baş Konandana edilən müraciətlərdə qələbəyə əminlik ifadə olunmaqla yanaşı, qeyd olunur ki, bayrağımız Xankəndində, Şuşada sancılacağı gün uzaqda deyil.
Yardımlı rayon sakini Əfsanə Mahmudzadə prezident İlham Əliyevə yazdığı məktubda qeyd edir ki, Azərbaycan xalqı dövlət başçısının arxasında yenilməz dağ kimi durub: "Məlumdur ki, Azərbaycan xalqı Sizin siyasətinizə zərrə şübhə etmədən ətrafınızda bir yumruq kimi sıx birləşib. Ətrafınızda Sizi cani-könüldən dəstəkləyən milyonlarla insan görə bilərsiniz. Ən qısa zamanda işğala son qoymağa və buna çalışdığınıza inanır və birlikdə addımlamağa davam edirik. Sizin qətiyyətli addımlarınızı axıra qədər dəstəkləyəcəyik. Allah Sizə qiyməti olmayan cansağlığı versin. Allah ordumuza güc, qüvvət versin. Bu millət Sizin arxanızda yenilməz dağ kimi durub və Sizinlə fəxr edir. Qarşınızda fəxarət hissi ilə baş əyirik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
Zaqatala şəhər sakini Orucəli Rzayev Ali Baş Komandana imzaladığı məktubda qeyd edir ki, Azərbaycan xalqı xilaskar dövlət başçısı ilə fəxr edir: "Belə mürəkkəb, ağır və çətin vəziyyətdə vaxt ayırıb hər hansı bir məktubu oxumaq imkanınızın məhdudluğuna baxmayaraq, bu gün bütün Azərbaycan xalqı, Sizi sevənlər apardığınız bu haqq-ədalət mübarizəsində Sizə öz sevgi və məhəbbətini, dəstəyini ifadə edirlər. Vətən yolunda ölməyə belə razı olanlar, ideya-məqsədinizi həyatının mənası bilənlər milyonlarladır. Siz hər bir azərbaycanlı vətəndaşının, həmçinin doğma yurd-yuvasından didərgin düşmüş hər bir qaçqının və məcburi köçkünün yarasına məlhəm qoymaqla, başımızı dik tutub, alnıaçıq gəzə bilmək üçün bizə belə bir fürsət verdiniz. Buna görə Sizə minnətdarıq. Şimaldan-cənuba, şərqdən-qərbə, hansı istiqamətdə olursa-olsun, Sizin qəhrəmanlığınız xalqımızın nicatında rəşadət dastanı olacaqdır. Böyük Allah Sizi qorusun! Sizinlə fəxr edirik!
Yaşasın Azərbaycan xalqı! Yaşasın Azərbaycan Ordusu! Yaşasın xilaskar İlham Heydər oğlu!"
Bakı şəhər sakini Nicad Niyazi Ali Baş Komandana ünvanladığı məktubda qələbə müjdəli xəbərlərə görə dövlət başçısına təəkkür edib: "Bizə verdiyiniz qələbə müjdəli xəbərlərə görə Sizə təşəkkür edirəm. Hər zaman Sizi dəstəkləmişəm və dəstəkləyəcəyəm. Siz dünya siyasətçiləri arasında öz sözünü deyən qüdrətli, qətiyyətli, güclü bir Lidersiniz. Sizin erməni cəlladlarına verdiyiniz tutarlı dərs ömür boyu onların yaddaşlarından silinməyəcək. Bütün xalq olaraq, Azərbaycan vətəndaşı olaraq Sizin atdığınız hər bir addımı dəstəkləyirik, Sizə güvənirik, hər zaman da güvənəcəyik. İnanırıq ki, bütün işğal olunmuş torpaqlarımızdan sonuncu düşmən cəlladları çıxana qədər mübarizəni davam etdirəcəksiniz. Sizin xalqa etdiyiniz müraciətlərinizdə dediyiniz hər bir söz bizim üçün bir sevincdir, ruh yüksəkliyidir, qələbə hissidir. Allah Sizi qorusun!"
Xocalı şəhərindən məcburi köçkün Nadir Hümbətov prezident İlham Əliyevə ünvanladığı məktubda əmin olduğunu bildirib ki, Azərbaycan bayrağı Dağlıq Qarabağın hər bir yaşayış məntəqəsində sancılacaq: "Əvvəlcə Sizə torpaqlarımızın geri qaytarılmasına bütün gücünüzlə çalışdığınıza görə Sizə minnətdarıq. Eşitdiyimiz şad xəbərlər, Xocavəndin və Füzulinin bir sıra kəndlərinin işğaldan azad olunması bizi çox sevindirir. Biz əminik ki, bir gün Xocalımız da işğaldan azad olunacaq. Sizin və ordumuzun səyləri nəticəsində Hadrut qəsəbəsinin işğaldan azad olunması düşmənə ağır bir zərbə oldu. Sizin uzaqgörən siyasətinizi hər zaman dəstəkləyirik. Sizə Xocalı sakinləri adından minnətdarlığımızı bildiririk. İnşallah, Azərbaycan Bayrağı Qarabağın hər bir yerində dalğalanacaq!" Ölkə vətəndaşlarının dövlət başçısına müraciətindən də göründüyü kimi haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. Azərbaycanın iqtisadi güc də, hərbi güc də region dövlətlərindən fərqlənir. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr üçün zəmin yaradır.
Zəka
Olaylar.az