Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur”- ŞƏRH

İlham Əliyev: “Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir”

İlham Əliyev: "Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir"

Tarixən bir sıra xalqların və dinlərin bİrgə yaşadığı Azərbaycanda dini plüralizm ən yüksək səviyyədə təmin edilib. Bəlağətsiz demək olar ki, ölkəmizdə  dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi prosesi hazırda da davam etməkdədir. Azərbaycan müsəlman ölkəsi olaraq İslam kimliyi ilə bütün İslam ölkələri və toplumları arasında dini bütünlüyə malikdir. İslam sivilizasiyasının bir parçası kimi İslam dünyasının gələcəyi naminə aktiv rol oynamaq patensialını qazanan Azərbaycan tarixi İslam mədəniyyətinə malikdir. Qafqaz ölkəsi olaraq Azərbaycan ərazisi və əhalisinin böyüklüyü baxımından regionun ən güclü ölkəsidir və bölgədə yaşayan xalqlar və kiçik etnik qruplarla cografi, tarixi, dini birliyə malikdir. Bu baxımdan Azərbaycan bir Qafqaz ölkəsi kimi Qafqazın iqtisadi və kültür cografiyasının gələcəyini müəyyənləşdirən mərkəz ölkə olma gücünə malikdir. Şərq -Qərb sivilizasiyalarının qovşagında yerləşdiyi üçün mədəniyyətinin təməlində Şərq-Qərb mədəni dəyərlərinin sintezini yarada bilmiş Azərbaycan cografi mövqeyi və mədəniyyəti ilə həm Şərqə, həm Qərbə nüfuz edə bilən mərkəz kimi geniş potensiala malikdir. Avropa modernizm dəyərlərini (demokratiya, insan haqları, respublika, sientizm, sekulyarizm) mənimsəyərək İslam mədəniyyəti ilə sintezləşdirməklə özünəməxsus İslam mədəniyyəti yarada bilən Azərbaycan Şərqə də Qərbə də açıq olmaqla dialoq, harmoniya, əməkdalıq yarada bilmə imkanına sahibdir. Bu baxımdan Azərbaycan Şərqlə-Qərb arasındakı mədəni sərhədləri birləşdirən xüsusiyyətə malikdir. Məhz bunun nəticəsidir ki, Azərbaycan tolerant və multikultural dövlətdir və ölkəmizdə bütün dini etiqadlar üçün münbit şərait mövcuddur. Milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, müasir bəşəri dəyərlərin mənimsənilməsi Azərbaycan dövlətinin prioritetlərindədndir. Elə bu səbədən də mili qanunvericilikdə bütün dini daşıyıcıların fəaliyəti üçün maksimum imkanlar yaradılıb. Paralel olaraq ölkədə məscidlərlə yanaşı 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Azərbaycan dövləti tərəfindən sözügedən ibadət məkanlarının mütləq əksəriyyətində təmir-bərpa işləri aparılıb, dini aiyinlərin həyata keçirilməsi üçün münbit şərait yaradılıb. Lakin monoetnik dövlət olan Ermənistan daim dini məsələlərdən siyasi məqsədlər üçün istifadə edib. Üstəlik Azərbaycanın işğal olunmuş ərazilərindəki məscidlərin böyük əksəriyyətini dağıdıb, bəzi məscidlərdən isə donuz və inək saxlanması məqsədilə istifadə edir.  Buna baxmayaraq, hazırda Ermənistan guya Azərbaycan tərəfindən Xankəndindəki kilsənin atəşə tutulması ilə bağlı monupuliyasiya edir. Dünyaya car çəkərək şüvən qoparır  ki, guya Azərbaycan tərəfi bilərəkdən sözügedən kilsəni dağıdıb. Lakin bütün dünyaya məlumdur ki, Ermənistanın hərbi təxribatının qarşısını alan Azərbaycan bütün müharibə qanunlarına və beynəlxalq humanitar hüquqa ciddi şəkildə riayət edir. Azərbaycan əsgərinin hədəfi mülki vətəndaşlar, ictimai iaşə obyektləri, kilsələr yox, erməni silahlı birləşmələridir. Elə prezident İlham Əliyev də "France 24" televiziya kanalına müsahibəsində qeyd edib ki, Azərbaycan tərəfinin hədəfləri arasında heç bir tarixi və ya dini hədəf yoxdur: "Bəli, siz haqlısınız. Biz bu məsələni araşdırırıq. Onu qeyd etmək istəyirəm ki, Azərbaycan dini tolerantlıq səviyyəsi çox yüksək olan bir ölkədir və bu, bütün aparıcı beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən qeyd olunmuşdur. Zati-müqəddəsləri, Vatikanın rəhbəri, Roma Papası Fransisk Bakıya səfəri zamanı açıq şəkildə demişdir ki, Azərbaycanda mədəniyyətlərarası və dinlərarası dialoqun səviyyəsi çox yüksəkdir. Siz yəqin ki, Bakının mərkəzində olan, tərəfimizdən bərpa edilmiş erməni kilsəsini görmüsünüz. Biz onu erməni xalqının mirası kimi qoruyuruq. Biz bu kilsədə erməni dilində 5000-dən artıq qədim kitab saxlayırıq. Lakin Ermənistan bizim məscidlərimizə nə edib? Onlar Ağdamın, Füzulinin və Şuşanın məscidlərinə nə ediblər? Demək olar ki, onlar nəinki onları dağıdıblar, orada heyvan saxlayırlar. Onlar orada donuz saxlayırlar və bununla təkcə bizim deyil, bütün müsəlmanların hisslərini təhqir edirlər.

Mən demirəm ki, biz bunu qisas almaq üçün etmişik. Xeyr. Biz bu məsələni araşdırmalıyıq. Biz nə baş verdiyindən əmin deyilik. Bizi günahlandırmaq üçün bunun ermənilər tərəfindən törədilə biləcəyinə dair şübhələrimiz var. Əgər bu, Azərbaycan hərbi birləşmələri tərəfindən törədilibsə, bu, səhv olub. Bizim hədəflərimiz arasında heç bir tarixi və ya dini hədəf yoxdur".

Göründüyü kimi Azərbaycanda heç bir dini ayrısüçkilik yoxdur və heç vaxt ölkədə dinlərarası münaqişə qeydə alınmayıb. Azərbaycan Respublikası Konstitusiyasının 18-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir. Azərbaycan Respublikasında heç bir etiqad məcburi və müstəsna xarakter daşımır. Azərbaycan dövləti digər məzhəblərə qarşı nifrət, məzhəb üstünlüyü kimi Azərbaycan xalqının vahidliyini pozan, məzhəbdaxili sistem formalaşdıran, cəmiyyətinin mövcud dəyərlərinə zidd təbliğat aparan dini təriqətləri, məzhəbləti və missioner sektaları rədd edir. Məhz bunun nəticəsidir ki, ölkədə məzhəb fərqliliyinə baxmayaraq müsəlman əhali islam dəyərlərini yerli xüsusiyyətlər nəzərə alınmaqla mənimsəmiş, tarixi inkişaf prosesində bir-birinə hörmət edən müxtəlif məzhəblərin mövcud olduğu özünəməxsus islam dini modeli təşəkkül tapıb.

Lakin ermənilər vandalizm aktı törədərək təkcə Dağlıq Qarabağda 67 məscid dağıdıblar. Uzun illərdir ki, işğal altında olan Azərbaycan ərazilərindəki məscidlər, dini, tarixi, mədəni abidələr erməni vandalları tərəfindən məhzv edilir. Hərbi əməliyyatların getdiyi bu günlərdə də ermənilərin atdığı raket və artilleriya zərbələri nəticəsində bu cür tarixi abidələr sıradan çıxarılıb. Heç şübhəsiz ki, bu cür addımların atılması dini abidələrə qarşı törədilən vəhşilikdir. Nəzərə almaq lazımdır ki, Ermənistanın maddi-mədəni irsimizi məhv etməsi təkcə Azərbaycana qarşı deyil, həm də ümumbəşəri sivilizasiyaya qarşı törədilən vandalizm aktıdır.

Zəka

Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31