Meksikanın məşhur sənətçisindən Azərbaycana dəstək
15 Oktyabr 2020 09:45 SiyasətMeksikanın dünyaca tanınmış kastanyet ifaçısı, prima balerina, xoreoqraf və aktrisa, çoxsaylı ali beynəlxalq mükafatların sahibi və daha öncə iki dəfə Azərbaycanda konsert proqramları ilə çıxış etmiş Sonia Amelio videomüraciət yayıb.
Bu Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən xəbər verilib.
Qeyd edilir ki, o, Azərbaycanın dinc əhalisinin yaşadığı faciələrdən dərin narahatlığını ifadə edərək, xalqımıza öz həmrəyliyini çatdırıb, ölkəmizin yaşadığı ağır günlərin tezliklə bitməsini diləyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31