Ərdoğan Qarabağa görə Putini yığdı

Türkiyə Prezidentinin təşəbbüsü ilə Putinlə telefon danışığı baş tutub.

Əsas müzakirə mövzusu Qarabağ münaqişəsi və mövcud vəziyyət olub. Putin münaqişənin qanlı toqquşmalar mərhələsinin tezliklə dayandırılmasına Türkiyənin də töhfə verəcəyinə ümid etdiyini və siyasi həllə keçidin vacib olduğunu vurğulayıb.

Putin həmçinin münaqişə bölgəsinə Yaxın Şərqdən döyüşçülərin cəlb edilməsi məlumatlarından narahatlığını ifadə edib.

Qeyd edək ki, bu, Rusiya tərəfinin yaydığı məlumatdır və Ərdoğanın söylədikləri barədə məlumat verilmir. Bu barədə məlumatı Türkiyə tərəfi yayacaq.

***

Türkiyə tərəfinin məlumatına görə Ərdoğan Putinə Türkiyənin Qarabağ məsələsini birdəfəlik həll edilməsinə tərəfdar olduğunu çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31