İşğal olunmuş Şuşada məskunlaşan ermənilərin 80 faizi qaçıb
14 Oktyabr 2020 18:54 SiyasətAzərbaycanın işğal olunmuş Şuşa şəhərində məskunlaşan ermənilərin təxminən 80 faizi şəhəri tərk edib.
TASS məlumat verir.
Qeyd olunub ki, döyüş əməliyyatları başlayana qədər şəhərdə 5 min nəfər yaşayıb.
Əhalinin əsas hissəsi Ermənistanın qəsəbələrinə təxliyə edilib. Qalanlardan heç kim xəsarət almayıb. Hazırda şəhərdə əsasən orta yaşlı şəxslər qalıb. Qadın və uşaqlar təxliyə olunub, kişilər isə cəhbədədir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31