Ermənistan Dağlıq Qarabağda gerilədiyini etiraf etdi

Son günlərdə Azərbaycanın silahlı qüvvələri Qarabağ münaqişəsi zonasında cəbhənin bəzi sektorlarında bölgənin ərazisinə  nüfuz edə bilib,  bunu "separatçıların lideri" Arayik Harutyunyan bildirib."Moskvada qəbul edilən  atəşkəs razılaşması qüvvəyə mindikdən dərhal sonra düşmən daha da şiddətli döyüşlərə keçdi. Bəzi istiqamətlərdə üstünlüyə sahib olmaq və ərazilərə  nüfuz etməyi bacardı", deyə  Arutyunyan facebook səhifəsində qeyd edib.Arutyunyan bildirib ki, "biz qarşı tərəfə sülhü sırımalıyıq". "Biz hər hansı şərt qoymadan humanitar atəşkəs üzrə üzərimizə götürdüyümüz öhdəliyi üzərimizə götürürük. Bu münaqişənin sülh yolu ilə həlli bundan sonra  mümkün görünməsə də buna ümid edirik",  o , vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31