Azərbaycan Ordusu tarixi vəzifəsinin öhdəsindən gəlməyi bacardı
Rusiyanın təşəbbüsü ilə “humanitar atəşkəs” adı altında reallaşdırılan razılaşmanın mürəkkəbi qurumamış təcavüzkar dövlət olan Ermənistan təxribata əl atdı
14 Oktyabr 2020 13:01 SiyasətRusiyanın təşəbbüsü ilə "humanitar atəşkəs" adı altında reallaşdırılan razılaşmanın mürəkkəbi qurumamış təcavüzkar dövlət olan Ermənistan təxribata əl atdı. Elə həmin gündən başlayaraq Erməistan dinc əhalini atəşə tutur, dövlət və mülki əmlaklara raket zərbələri endirir. Terrorist dövlətdən fərqli olaraq Azərbaycan tərəfi isə heç vaxt mülki əhalini hədəf seçməyib. Məsələ orasındadır ki, Ermənistan törətdiyi hərbi cinayətləri ört-basdər etmək üçün dezinformasiya yaymaqla dünya ictimaiyyətini aldatmaqla məşğuldur. Lakin etiraf ediməlidir ki, prezident İlham Əliyevin yerli və xarici telekanallara verdiyi müsahibələr Ermənistanın yalan üzərində qurulan informasıya siyasətini darmadağın etdi. Belə ki, Ali Baş Komandan müsahibələrində Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyəti, hazırda baş verən döyiş əməliyyatının baş vermə səbəbləri və danışıqlar prosesindən gözləntilər barədə əsaslandırılmış fikirlər səsləndirdi. Məhz Azərbaycan prezidentinin qətiyyətli mövqeyini görən Ermənistan danışıqlar prosesinin davam etdirilməsi niyyətində olduqlarını bəyan etdilər. Beləliklə, danışıqlar prosesində diktə edən tərəf Azərbaycan söz sahibinə çevrildi.
Nəsimi rayon gənci, Azərbaycan Dillər Üniversitetinin tələbəsi Günay İbrahimova qeyd edib ki, Rusiyanın təşəbbüsü ilə baş tutan üctərəfli görüş Azərbaycan üçün əhəmiyyətli hesab oluna bilər: "9 oktyabr tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Moskvaya Rusiya və Ermənistanın xarici işlər nazirləri arasında Dağlıq Qarabağ məsələsi ilə bağlı üçtərəfli danışıqlar üçün səfər edib . Hər üç tərəfin xarici siyasət idarəsi rəhbərlərinin saatlarla davam edən görüşü olduqca gərgin keçib. Buna baxmayaraq, görüşün Rusiya Xarici İşlər Nazirliyinin "Qəbullar Evində" baş tutması tədqirəlayiq haldır. Keçmiş tarixə nəzər salsaq görərik ki , Cənab Prezident Ali Baş Komandan İlham Əliyevin də vurğuladığı kimi Sovet dövrü rejimində belə digər postsovet ölkələrindən fərqli olaraq, Azərbaycanın Rusiya ilə həmişə yaxşı münasibətləri olmuşdur. Dağlıq Qarabağda ikinci həftədir ki, davam edən toqquşmalar nəticəsində əsas oyunçuların mövqeləri aydın olsa da, döyüş meydanındakı vəziyyət barədə məlumat ziddiyyətli olaraq qalırdı. Lakin, Rusiya tərəfinin təşəbbüsü əsasında bu ilin 9-10 oktyabr tarixlərində Moskva şəhərində keçirilən görüş nəticəsində Rusiya Federasiyası, Azərbaycan Respublikası və Ermənistan Respublikasının Xarici İşlər nazirlərinin bəyanatı qəbul edildi. Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olmuş döyüşçülərinin meyitlərinin dəyişdirilməsi üçün qısa müddətli atəşkəs elan olundu". Onun sözlərinə görə, atəşkəs elan olunması barədə razılıq əldə edilməsinə baxmayaraq, mənfur düşmən olan Ermənistan ordusu cəbhənin Ağdərə-Tərtər və Füzuli-Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib. Eyni zamanda bir sıra yaşayış məntəqələrimiz Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qoyulmasına baxmayaraq, düşmənin bütün hücum cəhdləri bölmələrimiz tərəfindən uğurla alınır və cavab atəşi ilə susdurulur. Ermənistan ordusuna qarşı adekvat cavab tədbirləri görülür. Bu da əlbəttə Ermənistanın daxilində olan ictimai, siyasi və hərbi vəziyyətin məcrasından çıxdığını, vahid komandanın olmamasından xəbər verir. Ermənistanın daxilində qruplaşmalar şəkilində təxribatlara əl atırlar. Əlbəttə bu həm də Ermənistanın cılızlığının, acizliyinin göstəricisidir, həm də daxildə vəziyyətin nə qədər ağır olmasının sübutudur. Tarixən hər bir millət ordusuna güvənib, onu milli qürur və fəxarət ünvanı sayıb. Qüdrətli ordusu olan dövlət nəinki maraq və mənafeyini layiqincə qoruya bilib, eyni zamanda, dünya siyasətinə əsaslı təsir imkanları əldə edib. Bəli, güclü dövlətin təməl prinsiplərindən biri qüdrətli ordunun mövcudluğudur. Ordu quruculuğu konkret zamanla məhdudlaşmayan, daim gərgin səy göstərilməsini tələb edən çətin və mürəkkəb prosesdir. Bu sahədə uğurları təmin edən başlıca amillərdən biri də polad nizam-intizamın yaradılması, habelə şəxsi heyətin yüksək vətənpərvərlik ovqatında yetişdirilməsidir. Təcrübə göstərir ki, döyüş ruhu olmayan orduya uğur qazanmaqda ən müasir silahlar belə kömək etmir. Bu gün Azərbaycan Ordusunda şəxsi heyətin mənəvi-psixoloji durumu, habelə hərbi-vətənpərvərlik əhval-ruhiyyəsi yüksək səviyyədədir. Bunun əsas səbəblərindən biri də ön xətdə yerləşən hərbi hissələrdə yüksək vətənpərvərlik əzmidir. Qüdrətli Azərbaycan Ordusunun olması hər bir Azərbaycan vətəndaşının arzusu idi. Artıq bu arzu deyil, reallıqdır! Azərbaycan Silahlı Qüvvələri tarixi vəzifənin öhdəsindən gəlməyə tam hazırdır! Azərbaycan Ordusu müstəqilliyimizi əbədi qorumaq, ərazi bütövlüyümüzü bərpa etmək gücündədir! Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir! Biz ordumuza güvənirik, ordumuzu sevirik və hər zaman da igid oğullarımızın, şərəfli və daim dəqiq sərrast atışların müəllifi olan ordumuzun arxasındayıq!"
Nurlan
Olaylar.az