Kəlbəcər ətrafında hərbi texnikasının məhv edilməsi təsdiqini tapdı
Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ilə sərhəddə hərbi texnikasının məhv edildiyini təsdiqləyib.
14 Oktyabr 2020 11:47 SiyasətErmənistan Müdafiə Nazirliyi Azərbaycanın işğal altındakı Kəlbəcər rayonu ilə sərhəddə hərbi texnikasının məhv edildiyini təsdiqləyib. "Olaylar" xəbər verir ki, bununla bağlı məlumat Ermənistan mediasında yayımlanıb. Lakin rəsmi Yerevan məhv edilən hərbi texnikasının adlarını açıqlamaqdan imtina edib. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına görə, oktyabrın 14-ü saat 08:36 radələrində Ermənistan Respublikasının Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonuna yaxın sərhədyanı ərazilərində Ermənistan silahlı qüvvələrinin növbəti əməliyyat-taktiki ballistik raket kompleksi start vəziyyətinə gətirildiyi anda məhv edilib.