UKRAYNA-AZƏRBAYCAN PARLAMENTLƏRARASI DOSTLUQ QRUPUNUN HƏMSƏDRLƏRİ ERMƏNİSTANIN AZƏRBAYCANIN MÜLKİ ƏHALİSİNƏ QARŞI RAKET HÜCUMLARINDAN NARAHATDIR

Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun həmsədrləri Valeriy Kolyux və Vladimir Kreydenko Azərbaycan Respublikasının Milli Məclisinə Gəncə şəhərində baş verən hadisələrdən və atəşkəs rejiminin pozulmasından dərindən narahatlıq ifadə edən məktub ünvanlayıblar.

Məktubda ukraynalı deputatlar mülki əhalinin hərbi əməliyyatların tərəfi olmadığını vurğulayaraq, Ermənistan tərəfindən beynəlxalq hüquqları pozma cəhdlərini qətiyyətlə pisləmişlər.

Ukraynalı parlamentarilər mülki əhali arasında yeni itkilərə səbəb ola biləcək münaqişənin daha da genişlənməsinin qəbuledilməz olduğunu və Ukraynanın əvvəlki kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyərək qarşıdurmanın sülh yolu ilə həll olunmasının tərəfdarı olduğunu qeyd etmişlər. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31