Ermənistan növbəti təxribata hazırlaşır - PROBLEM
Ermənistan növbəti təxribata hazırlaşır- PROBLEM
9 Sentyabr 2019 11:58 Siyasətİrəvan XİN rəhbərlərinin Nyu-York görüşünə mane olmaq istəyində
Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının növbəti sessiyası yaxınlaşır. Sayca 74-cü sessiyada dünyada və ayrı-ayrı regionlarda baş verən proseslər, dünyanı təhdid edən hadisələr, iqlim dəyişikliyi kimi məsələlər müzakirə olunacaq. Baş Assambleyanın 74-cü sessiyasında Azərbaycan və Ermənistan rəmsilərinin də iştirakı nəzərdə tutulur. Hətta bu iştirakçılığın ən yüksək səviyyədə baş tutacağı da bildirilir.
BMT Baş Assambleyasının 74-cü sessiyası Azərbaycan üçün xüsusilə diqqətçəkicidir. Belə ki, uzun müddətdir Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Nyu-Yorkda görüşəcəyi bildirilir. Düzdür, Ermənistan tərəfi hər nə qədər belə bir görüşün baş tutmasına çalışsa və müntəzəm olaraq təxribatçı hərəkətlərə əl atsa da, lakin XİN rəhbərlərinin Nyu-Yorkda görüşəcəyi ehtimalı daha çoxdur. Çünki həmsədrlər də müəyyən mənada həmin görüşə hazırlaşırlar.
Ancaq onu da nəzərə almaq lazımdır ki, BMT Baş Assambleyasının sessiyaları hər zaman Dağlıq Qarabağ problemi ilə bağlı gərgin atmosferdə keçir. Daha doğrusu işğalçı ölkə rəhbərliyi hər dəfə istər BMT-nin sessiyaları ərəfəsində, istərsdə də dünyanın ən yüksək tribunasından çıxış edən zaman ciddi şəkildə səhvlərə yol verir, dünyanın gözünün içinə baxa-baxa işğalçılıq faktlna haqq qazandırır, beləliklə Azərbaycanı açıq-aşkar təxribata çəkir. Onu da qeyd etmək lazımdır ki, Ermənistan rəhbərliyinin hər dəfə bu düşünülməmiş və çılğın, dəlisov açıqlamalar, bəyanatlarının bədəlini sadə erməni xalqı ödəyir. İndiyə qədər Ermənistan rəhbərlərinin BMT tribunalarından verdiyi məsuliyyətsiz və təxiribat xarakterli bəyanatlara rəsmi Bakı əməli şəkildə və tutarlı cavab verərək onları verdikləri açıqlamalara peşiman edib. Lakin işğalçı ölkə buna öyrəncəli olduğundan böyük ehtimalla BMT-nin Baş Assambleyasının 74-cü sessiyası zamanı da Ermənistan rəhbərliyi tərəfindənb anoloji addım atılacaq. Son vaxtlar işğalçı ölkəninn baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağın Ermənistana birləşdiriləcəyi barədə verdiyi sərsəm açıqlama onun növbəti təxribatlara hazırlaşdığından xəbər verir. Ehtimal etmək olar ki, BMT Baş Assambleyasının 74-cü sessiyası bu dəfə də Dağlıq Qarabağ problemi baxımından yada qalan olacaq. Hər halda Paşinyanın sessiyaya getmədən öncə ciddi "hazırlıqlar" görməsi belə deməyə əsas verir. Ancaq sadə ermənilər də Paşinyan qədər ciddi hazırlaşmalıdırlar. Çünki ölkə rəhbərlərinin məsuliyyətsiz bəyanatları, təxribatçı addımlarının bədəlini bir müddət sonra ermənilər ödəməli olacaq.
Elə ekspertlər də hesab edirlər ki, Ermənistan baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxışı zamanı ənənəvi təxribatçı addımını atacaq, açıqlamalarını, bəyanatlarını verəcək. Bununla da işğalçı ölkə bir daha Dağlıq Qarabağ probleminin sülh yolu həllinə tərəfdar olmadığını ortaya qoyacaq. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, Ermənistanın baş naziri Nikol PaşinyanınBirləşmiş Ştatlara səfər səfərinin 3 məqsədi var. Onun sözlərinə görə, birinci məqsədi BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış etməkdir: "İkinci məqsədi BMT koridorlarında Birləşmiş Ştatlar prezidenti Donald Trampla görüşün reallaşmasına çalışmaqdır. Üçüncüsü, Nyu-Yorkdan Los-Ancelesə keçib buradakı erməni diasporu qarşısında çıxış etməkdir".
Politoloq deyib ki, Nikol Paşinyanın Ağ Ev rəhbəri Donald Trampla görüşmək istəyinin reallaşması çətindir. Çünki ötən il də Nikol Paşinyan Trampla görüşməyə çalışdı, hətta bu məqsədlə əvvəlcə müşavirini Vaşinqtona yolladı, ardınca da ermənipərəst konqresmenlərin Ağ Evə məktub göndərilməsinə nail oldu: "Ancaq bütün cəhdlər boşa çıxdı. Tramp Paşinyanla görüşmədi, bu dəfə də Ağ Ev sahibinin belə bir istəyi yoxdur. Nikol Paşiyan bu dəfə də BMT Baş Assambleyasında çıxış edəcək. Onun sessiyada nə söyləcəyini təxmin etmək üçün ötənilki çıxışının əsas tezislərinə diqqət yetirmək kifayətdir. Nikol Paşinyan Baş Assambleyada ötənilki çıxışında demişdi ki, "Azərbaycan danışıqları Dağlıq Qarabağla aparmalıdır, əks təqdirdə belə çıxır ki, Bakıya yalnız Qarabağın ərazisi lazımdır, əhalisi yox". O daha sonra bildrimişdi ki, "Dağlıq Qarabağ Azərbaycanın tərkibində ola bilməz". Paşinyan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının Ermənistanın xarici siyasətinin prioritetlərindən olduğunu deyərək əlavə etmişdi ki, qondarma "DQR"in statusu və təhlükəsizliyi Ermənistanın danışıqlar prosesindəki müstəsna prioriteti olacaq. Nyu-Yorkdakı bu çıxışı ilə sülh danışıqlarına zərbə vuran Nikol Paşinyan beynəlxalq aləmi Azərbaycana təzyiqi artırmağa təhrik etmişdi: "Münaqişəni hərbi yolla həll etmək üçün hər hansı bir cəhd regionun təhlükəsizliyi, demokratiya və insan hüquqları üçün birbaşa təhlükədir. Ermənistan münaqişənin ATƏT-in Minsk qrupu formatında həlli prosesində konstruktiv şəkildə iştirak etməyə davam edəcək. Bu, münaqişənin həlli üçün yeganə beynəlxalq səviyyədə tanınmış mandatı olan formatdır". Maraqlıdır ki, Nikol Paşinyanın "sülhə çağıran" çıxışından bir neçə gün sonra Ermənistanın işğalçı qoşunları hərbi təlimlər keçirmişdi və bununla özləri bölgədəki gərginliyi artırmışdılar. Paşinyanın ötənilki çıxışı Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən hər hansı nəticə əldə etməyin mümkünsüzlüyünü bəribaşdan müəyyənləşdirdi. Paşinyan ötən ilin sentyabr ayında təxribatçı açıqlamalarını bu tezislərlə möhkəmləndirdi: "Dağlıq Qarabağda referendum keçirilməlidir", "Dağlıq Qarabağ Ermənistana birləşdirilməlidir" (bu ilin avqustun 5-də Xankəndində dediyi bu ifadəni o hələ bir il əvvəl beyinlərə yeritməyə çalışırdı), "Dağlıq Qarabağın Azərbaycana aidiyyatı yoxdur".
Politoloq deyib ki, Nikol Paşinyanın BMT Baş Assambleyasının sessiyasında budəfəki çıxışnda da oxşar tezislərin səslənəcəyini proqnozlaşdırmaq olar: "O ötənilki çıxışına Azərbaycana qarşı yeni ittihamlarına bunları da əlavə edə bilər: "Azərbaycan sülhdə maraqlı deyil", "Azərbaycan münaqişəni hərbi yolla həllinə üstünlük verməklə bölgədə müharibə risqini artırır". Aydındır ki, Paşinyanın bu çıxışından sonra Azərbaycan Xarici İşlər Nazirliyi ənənəvi açıqlamasını yayacaq. Ancaq Paşinyanın təxribatçı çıxışlarına başqa səviyyədə reaksiya verilməlidir. O da indidən aydındır ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda gözlənilən görüşü ötənilki kimi nəticə verməyəcək. Bu görüşlər danışıqların imitasiyasından başqa heç nə deyil. Bizə isə imitasiya deyil, münaqişənin həllini yaxınlaşdırmaq lazımdır".
Füzuli