Paşinyan təhlükəsizlik strategiyasını dəyişir

Ermənistan Təhlükəsizlik Şurası Ermənistanın milli təhlükəsizlik strategiyasının konsepsiyasında dəyişikliklər üçün işə başlayıb.

Ermənistan Təhlükəsizlik Şurası Ermənistanın milli təhlükəsizlik strategiyasının konsepsiyasında dəyişikliklər üçün işə başlayıb.

Bu məlumatı "Joxovurd" qəzeti yayıb. Məlumata görə, İrəvan bu addımı Ermənistan, region və dünyadakı siyasi dəyişikliklərlə əlaqədar atıb. Yeni təhlükəsizlik strategiyasının hazırlanması üçün Təhlükəsizlik Şurasının aparıcı siyasi qüvvələr, vətəndaş cəmiyyəti nümayəndələri və parlamentarilərlə danışıqlar aparacağı bildirilib. Sənədin 2019-cu ilin sonuna qədər hazırlanacağı qeyd edilib.

Qeyd edək ki, Ermənistanın milli təhlükəsizlik strategiyası konsepsiyası 2007-ci ildə hazırlanıb. Sərkisyan hökumətinin devrilməsindən sonra Paşinyan hökuməti yanvarda bu konsepsiyaya heç bir dəyişiklik etməyib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31