Deputatımız Ukraynada prezident seçkilərini izləyəcək
5 Mart 2019 16:14 SiyasətMilli Məclisin deputatı Naqif Həmzəyev Ukraynada keçiriləcək prezident seçkilərini izləmək üçün martın 5-də Kiyevə səfər edəcək. MM-dən "Olaylar"a bildirilib ki, Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyasının tərkibində prosesə qatılan millət vəkili seçki məntəqələrində aparılan hazırlıq işləri ilə yaxından tanış olacaq, səsvermə zamanı vətəndaşların fəallığına, prosedur qaydalarına riayət olunmasına diqqət yetirəcək, yekun rəydə seçkinin gedişatı ilə bağlı öz münasibətini bildirəcək. Səfər martın 8-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31