Deputat ombudsmandan söyüş müxalifətinə qarşı addım atmasını xahiş edib
5 Mart 2019 13:19 Siyasət"Elmira Süleymanovanın təqdim etdiyi hesabatı təqdiralayiq hesab edirəm. Elmira Süleymanova hər xırda məsələyə ciddi yanaşaraq problemlərin həll olunmasına çalışır".
"Olaylar" xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov deyib. S.Novruzov bildirib ki, şəhid vərəsələrinə birdəfəlik ödəmələr, problemli kreditlər məsələlərini artıq prezident həll edib: "MDB məkanında bu cür addımların atılması bir ilkdir. Prezident bu gün Azərbaycan xalqının hüquqlarının qorunması ilə bağlı addımlar atrır. Nəinki Azərbaycan, bütrövlükdə türk dünyasın haqlarını prezident dəfələrlə beynəlxalq tribunada qoruyub".S.Novruzov Elmira Süleymanovdan söyüş müxalifətinə qarşı addım atmasını xaiş edib:"Amma elə insanlar var ki, xarici ölkələrdə oturub Azərbaycanda xalqı dövlət çevrilişinə səsləyirsə, söyüşü özlərinə mübarizə üsulu seçiblər. Elmira Süleymanovdan xaiş edirəm ki, bu məsələ ilə bağlı həmin ölkələrin Ombudsmanlarına müraciət etsin".