Komitə sədrləri parlamentdə nəyi müzakirə ediblər?

Milli Məclisdə komitə sədrlərinin iştirakı ilə iclas keçirilib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat verib. "Bu gün Milli Məclisdə komitə sədrlərinin iştirakı ilə keçirilmiş iclasda müəyyən məsələlər müzakirə edilib"deyən İ.Həbibbəyli daha geniş danışmaq istəməyib. Qeyd edək ki, sabah-martın 5-də Milli Məclisin yaz sessiyasının növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 18 məsələ daxil edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31