Ombudsman Aparatının rəhbəri beynəlxalq konfransda iştirak edib
4 Mart 2019 16:20 SiyasətFinlandiyanın paytaxtı Helsinkidə "Süni intellektin insan hüquqlarına, demokratiyaya və qanunun aliliyinə təsiri" mövzusunda yüksək səviyyəli konfrans keçirilib. "Olaylar" xəbər verir ki, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı da konfransa qatılıb. Konfransın ilk günü süni intellektlərin (robotların) insan haqlarına və demokratiyaya təsiri ilə bağlı məsələlər müzakirə olunub. Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı çıxış edərək müasir dövrdə "Elektron Hökumət"in formalaşdırılmasının və səmərəli fəaliyyətinin təmin olunmasının demokratiyanın daha da inkişafına təsir edən amillərdən biri olduğunu, ölkəmizdə "Elektron Hökumət"in formalaşdırılmasının beynəlxalq təcrübəyə əsaslandığını və bununla bağlı müvafiq hüquqi bazanın yaradıldığını, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "Elektron Hökumət"in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərdiyini, müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirdiyini bildirib.