İlqar Məmmədovdan nəinki partiya, heç dərnək sədri də olmaz

"İlqar Məmmədovdan nəinki partiya sədri, heç dərnək sədri də olmaz". Bu fikirləri "OLAYLAR"-a "HİLAL" İctimai Birliyinin sədri Arzuman Abdulkərimov səsləndirib: "Yoldaş Məmmədov deyir ki, bizim problemli kreditlərimizlə bağlı konfransımızdan bir saat sonra prezident sərəncam verdi. Beləsinə nə deyəsən? Bir saata sərəncam olar? Digər tərəfdən Əli Kərimli də deyir ki, bunu  19 yanvar mitinqinə görə ediblər. Amma hələ ötən ilin sonlarında bu məsələnin cənab prezident və komandası tərəfindən müzakirə olunduğu barədə məlumatlar var idi. Bunun həqiqət olduğunu Mir Shahinin Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovla müsahibəsində bir daha dəqiqləşdirdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31