UNESCO-ya üzv ölkələrin idman nazirlərinin qeyri-rəsmi görüşü keçirilib

Rusiya Federasiyasının Krasnoyarsk şəhərində   XXIX Qış Universiadası 2019 çərçivəsində UNESCO-ya üzv ölkələrin idman nazirlərinin  qeyri-rəsmi görüşü keçirilib. "OLAYLAR"-a nazirliyin mətbuat katibliyindən bildirilib ki,  tədbirdə gənclər və idman naziri Azad Rəhimov da iştirak edib.

Tədbirdə çıxış edən nazir Azad Rəhimov bildirib ki, bədən tərbiyəsi və idman Azərbaycanın sosial siyasət sahəsində önəmli istiaqamətlərdən biridir və Dövlət bu sahəyə xususi diqqət ayırır. Azərbaycanın son illərdə müxtəlif: ilk Avropa oyunları, IV İslam Həmrəyliyi oyunları, Formula 1 Grand Prix turniri, 42-ci Şahmat Olimpiadası və digər, dünya və Avropa çempionatlarına ev sahibliyi etdiyini bildirən Azad Rəhimov, ölkəmizdə Kazan Deklarasiyasına, xüsusilə, "Hərəkat 2": dayanıqlı inkişaf sahəsində və əsas məqsədlərin realizəsində  fiziki tərbiyənin, fiziki aktivliyin və idmanın göstəricilərinin universal işlənilməsinə xüsusi diqqət ayrıldığını bildirdi.

Azad Rəhimov, Kazan deklarasiyasından irəli gələn digər müddəaların: idmanın bütövlüyü, xanımların, uşaq və gənclərin  idmana cəlb olunmasının müvəffəqiyyətlə gerçəkləşdirilməsindən, Azərbaycanda 2013-2020-ci illəri əhatə edən Bədən Tərbiyəsi və İdman haqqında qanunun realizəsindən də  danışıb.  Azad Rəhimov eyni zamanda, nazirliyin 2018-ci ildən Avropa Şurası və Avropa İttifaqının  "Hamı birlikdə- idmanda qender bərabərliyinə nail olunması" proqramına qoşulması və görülən işlər barədə də iştirakçılara məlumat verib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31