Paşinyan Tehran-Bakı münasibətlərinə xələl gətirməyə çalışır

Bir neçə gün öncə Ermənistanın baş naziri Nikol Paşinyanın  İran islam Respublikasında səfərdə olarkən  Ararat idman klubunda  İran ermənilərilə görüşü  zamanı səsləndirdiyi  sərsəm fikirlər, bir daha təmsil etdiyi dövlətin  Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sərgilədiyi mövqeyi bütün çılpaqlığı ilə ortaya qoyur. Belə bir açıqlama ilə çıxış edən Dünya Azərbaycanlıları Assambleyasının sədrinin milli azlıq və dini məsələlər üzrə müşaviri Nicat İlyasov deyib ki, bu cür qeyri ciddi sərsəm bəyanatlarla  N.Paşinyan  və ona bu görüşü təşkil edən bəzi  havadarları İran Azərbaycan münasibətlərinə.xələl  gətirməyə  çalışırlar: "Əlbəttəki siyasi savadsızlıq və dünya görüşünün  dar çərçivəli olması bu cür   hərəkətlərə yol aça bilər. Azərbaycan-İran münasibətlərinın zədələnməsinə ümid edən N.Paşinyan və Irandakı bəzi havadarlarının necə bir xülyaya dalması gülünc doğurur. Bütün dünya  dövlətləri Qarabağın Azərbaycan torpağı olduğunu dəfələrlə ən yüksək səviyyədə etiraf edib. Bunu nə "Ararat" futbol klubunun  idman zalında cəmləşmiş bir neçə yüz erməni, nə onların başlarının üzərində asdıqları  gülünc plakatları, nədə  siyasi liderə yaraşmayan  yarımçıq başının yer aldığı  N.Paşinyanın selfisi dəyişə bilər".   

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31