ATƏT MQ -nin fevral bəyanatı həmsədrlərinin öz vasitəçiliyindən ötrü narahatlığı kimi başa düşülə bilər-Mübariz Əhmədoğlu
4 Mart 2019 11:31 SiyasətMübariz Əhmədoğlu
politoloq
ATƏT MQ həmsədrlərinin fevral ayında regiona səfərinin yekunlarına dair bəyanatı gözlənildiyindən xeyli gec yayıldı. Təsadüfi olmaması daha çox ehtimallıdır.ATƏT MQ həmsədrlərinin son bəyanatında iki məqam Minsk Qrupu həmsədrlərininöz vasitəçiliyindən ötrü narahatlığı kimi başa düşülə bilər: Azərbaycan və Ermənistan liderləri-
ı. ATƏT MQ ATƏT-in eqidası və
ıı. ATƏT-in müəyyən etdiyi gündəliklə
yaxın vaxtlarda görüşməyə razılıq verib. ATƏT MQ-nin egidası, ATƏT MQ-nin gündəliyi fikirləri son vaxtlar baş verənlərin yekunudur. Münhen Təhlükəsizlik Konfransı vasitəçilərə N.Paşinyanı olduğu kimi tanıtdı:N.Paşinyan hədsiz dərəcədəyalançı olduğunu və Paşinyanın yalanın onun intellektinə yox, bacarıqsızlığına söykəndiyini başa düşdülər.ABŞ keçmiş həmsədrləri vasitəsi ilə RF-in Dağlıq Qarabağ tənzimlənməsində səmimiliyini müzakirə mövzusuna çevirdi.ATƏT MQ Azərbaycanın iqtisadi imkanları müqabilində Ermənistanın Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın bütün işğal olunmuş ərazilərini qaytarmaq düsturunun növbəti görüşdə təsdiqini əldə edə biləcək. Buna gedən yol Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin dialoqunun başlanmasından keçə bilər. Dağlıq Qarabağın erməniləri və azərbaycanlıları müxtəlif yerlərdə, ocümlədən Dağlıq Qarabağın özündə görüşə bilərlər. Sülhyaratma tədbirlərindən biri Dağlıq Qarabağdakı məzarlıqlarda basdırılan şəxslərin DNT vasitəsilə kimliyinin müəyyən olunmasıdır. Azərbaycanlılar Dağlıq Qarabağdakı məzarlıqlara,mədəni abidələrə, ermənilər də Bakıdakı məzarlıqlarına baş çəkə bilərlər.Proses bu cür başlaya bilər.Paşinyan bu gündəliyi qəbul edəcəksə o zaman ATƏT MQ fəaliyyətini davam etdirəcək. Çünki Ermənistana yalnız ATƏT MQ-nin fəaliyyəti lazımdır. Ermənistanda başa düşürlər ki, yalnız ATƏT MQ-nin fəaliyyəti nəticəsində ermənilərin maraqlarına cavab verə bilən kompromis variant əldə etmək olar. Buna bənzərsonuncu bəyanatı yaxında Daşnaksutyun partiyası verdi.
N.Paşinyan ATƏT-in Minsk Qrupu həmsədrlərinin eqidası altındakı
görüşdən əvvəl Avropa İttifaqı rəhbərliyi iləgörüşəcək. Orda da
görüşün böyük əksəriyyəti Dağlıq Qarabağ tənzimlənməsindəErmənistanın
tutduğu mövqeyə həsr olunacaq.
ATƏT MQ ciddi seçim etməyə hazırlaşır. Onun missiyası Azərbaycan
vəErmənistan tərəfindən qəbul edilir, yoxsa yox. Bu sualın cavabı isə
Paşinyandanasılıdır. Beləliklə Paşinyan ATƏT MQ-nin, ATƏT MQ isə
Paşinyanın taleyini həlledə bilər.