İlham Əliyev “Tarqovı”da – Fotolar
3 Mart 2019 16:45 SiyasətBakının UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final matçına ev sahibliyi etməsi ilə əlaqədar ölkəmizdə təşkil olunan silsilə tədbirlər çərçivəsində bu gün paytaxtın mərkəzində, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında "Bakı 2019: Ulduzlar Finalı" adlı qarşılaşma keçirilib.
"Yeni Sabah" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev və qızı Leyla Əliyeva qarşılaşmaya baxıblar.
Əvvəlcə prezident oyunda iştirak edən futbolçularla görüşüb.
UEFA Avropa Liqasının kuboku İlham Əliyevə təqdim edilib.
Sonra Prezident İlham Əliyev oyunu izləyən gənc azarkeşlərlə görüşüb, xatirə şəkilləri çəkdirib.







Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31