Prezident mədəni inkişaf məsələlərini ziyalılarla müzakirə etdi- Təhlil

Müasir dünya siyasətində qlobal, regional və lokal problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə edilməkdədir. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan Respublikası da fəal iştirak edir. Lakin hər zaman diqqətə alınmalıdır ki, yalnız milli və bəşəri dəyərlərin sintezi və dunya təcrubəsi yonundə həyata kecirilən islahatlar sayəsində dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə catmaq mümkündür. Sosial, mədəni, iqtisadi tərəqqiyə xidmət edən bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür. Bu gün Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmasına, müstəqilliyinin möhkəmlənməsinə dair bir sıra tədbirlər həyata kecirilir. Eləcə də təhsil və mədəniyyətin inkişafı ucun zərüri qərarlar qəbul edilir. Dövlət aparatının, təhsil və mədəniyyət institutlarının Avropa standartlarına uyğun şəkildə qurulması istiqamətində səylər gostərilir. Milli-mədəni, intellektual qüvvələr öz fəaliyyətləri ilə dövlətin mədəniyyət sahəsindəki siyasətinin müasir durumunu təhlil edir və bu siyasətin perspektivlərinə aydınlıq gətirməyə calışırlar. Mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi müstəqil respublikanın mədəniyyət siyasətinin əsas vəzifələrindən biridir. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli-mənəvi dəyərlərimizə istinad edərək həyata kecirir. Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaradır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin edir. Azərbaycan xalqı azad və suveren dövlət quraraq, mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır, demokratik olkələrin təcrubələrindən istifadə edir. Dövlətimizin belə bir demokratik mədəniyyət siyasəti xətti tutduğuna və muasir dünya mədəniyyətinə inteqrasiya olunduğumuza görə, mədəniyyətimizin özündə böyük bir dəyişiklik etmədən, yəni mühafizə edilməsi zərüri olan milli şəxsiyyətimizi təşkil edən xarakterik keyfiyyətlərimizi budamadan, milli-mənəvi dəyərlərimizə xələl gətirmədən, təcrübəyə və elmin mütərəqqi nailiyyətlərinə söykənərək, forma dəyişikliklərini şüurlu surətdə aparmaq məcburiyyətində olduğumuzu qəbul etməliyik. Bu gün istəsək də, istəməsək də qloballaşma hərəkatından, mədəni inteqrasiya prosesindən kənarda qala bilmərik.

Azərbaycan dövlətinin mədəniyyət sahəsinə diqqət və qayğısı daim müşahidə olunub. Məhz bunun nəticəsində Milli Dram Teatrı, Rus Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı, Musiqili Teatr əsaslı təmir olunub. Bölgələrdə teatrlar tikilib və əsaslı təmir edilib, yeni teatrlar yaradılıb. Bakı şəhərinin muzeyləri tam şəkildə əsaslı təmir edilib. Konkret olaraq  Tarix Muzeyi, Nizami adına Muzey, Muzey Mərkəzi, İncəsənət Muzeyinin iki binası və Xalça Muzeyi tikilib. Müasir İncəsənət Muzeyi və fəaliyyətə başlayıb. Hazırda ölkənin hər bir şəhərində Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir. Həmçinin prezident İlham Əliyevin tapşırıq və tövsiyyələri əsasında Ölkədə mövcud olan dini abidələr əsaslı şəkildə təmir edilib. Buna misal olaraq Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi olan Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edilib, Heydər Məscidi tikilib. Onu da qeyd edək ki, hələ də mədəniyyət sahəsində görülməsinə ehtiyac olan kifayət qədər işlər mövcuddur. Məhz bu amili nəzərə alan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Dövlət baçısı və xanımının mədəniyyət xadimləri ilə görüşündə məqsəd görüləcək işlərlə bağlı ziyalıların fikrini öyrənmək olduğunu desək yerinə düşər. Təsadüfi deyil ki, prezident İlham Əliyev görüşdə qeyd edib ki, "mən elə bu gün istərdim ki, sizinlə bu məsələlərlə bağlı fikir mübadiləsi aparım və bundan sonra görüləcək işlər haqqında danışaq: "Çünki əvvəlki illərdə bir çox işlər görülüb. Mən Prezident kimi çalışırdım ki, həmişə bu sahəyə öz diqqətimi göstərim. Hesab edirəm ki, görülmüş işlər qiymətləndirilməlidir. Bundan sonra hansı işlər görülməlidir, bunu siz deməlisiniz. Çünki mən istəyirəm ki, bundan sonra mədəniyyət sahəsində işlər sistemli qaydada görülsün. Biz bu məsələlərlə bağlı siyasətimizi ardıcıl olaraq aparmalıyıq. Əlbəttə ki, sadəcə olaraq, mədəniyyət obyektlərinin tikintisi, təmiri bizim məqsədimizi tam ifadə edə bilməz. Biz bu məsələlərə daha da geniş kontekstdə baxmalıyıq. Ümumiyyətlə, mədəniyyətimizin gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün bu məsələlər bir-biri ilə bağlıdır. Ölkə iqtisadi cəhətdən inkişaf edə bilər, siyasi cəhətdən də beynəlxalq mövqeləri güclü ola bilər, ancaq əgər biz xalqımızın əsas, təməl prinsiplərini diqqətdən kənarda qoysaq, onda ölkəmizin uğurlu inkişafı dayanıqlı ola bilməz".

Dövlət başçısının mədəniyyət xadimləri ilə görüşü, müzakirə etdiyi məsələlər və qarşıya qoyduğu gələcək vəzifələr ziyalılar tərəfindən müsbət qiymətləndirilir. Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə deyib ki, ölkədə mədəniyyət sahəsində çoxsaylı işlər görülüb və bundan sonra da görüləcəyi şübhə doröurmur: "Mehriban xanım Azərbaycan mədəniyyətinə, onun inkişafına xüsusi diqqətələ yanaşır. Musiqi sahəsində Mehriban xanımın gördüyü işlər göz qabağındadır. Biz hər zaman bir yerdə gözəl tədbirlər keçirmişik". Xalq artisti vurğulayıb ki, məhz Mehriban Əliyevanın diqqəti və dəstəyi nəticəsində 2003-cü ildə Azərbaycanın muğam sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib: "Eyni zamanda, Mehriban Əliyevanın səyləri nəticəsində Azərbaycanın aşıq sənəti YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bütün bunlar Mehriban xanımın Azərbaycan musiqisinə, mədəniyyətinə böyük töhfəsidir. Ölkə Prezidentinin və Birinci xanımın mədəniyyətə, incəsənətə göstərdiyi diqqət hər zaman davam edir. Bu istiqamətdə çox sayda layihələr həyata keçirilib və bundan sonra da bu addımlar davam etməkdədir".

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31