Fəxrəddin Abbasovun aqibəti digər satqınlara da dərs olsun

"Fəxrəddin Abbasovun Moskvadan Bakıya deportasiya olunması Azərbaycan dövlətinin gücünün, dövlət başçımız cənab İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin arasında qarşılıqlı güvənə dayanan əlaqələrin nəticəsidir". "OLAYLAR" xəbər verir ki, bu fikirləri millət vəkili Sahib Alıyev səsləndirib. Onun sözlərinə görə, buna ən çox sevinən bizim talış qardaşlarımız olacaq: "Ona görə ki, şərəf hissini itirmiş bu adam bir tərəfdən özünü talış millətçisi kimi təqdim edir, digər tərəfdən də torpaqlarımızın bütünlüyü uğrunda şəhid olan minlərlə soydaşının ruhunu incidərək gedib haylarla işbirliyi qurur, Ermənistan kəşfiyyatının verdiyi müxtəlif tapşırıqları yerinə yetirirdi. İndi bütün bunlara görə məhkəmə qarşısında cavab verəcək. Qoy digər satqınlara da dərs olsun".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31