Rafael Hüseynov AŞ PA-nın tədbirinə qatılacaq
1 Mart 2019 14:27 SiyasətMilli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət komitəsinin iclasında iştirak etmək üçün martın 2-də İspaniyanın Qrenada şəhərinə səfərə gedecək. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə sosial şəbəkələrin insan hüquqlarına mənfi təsiri, media sahəsində yeniliklərin tətbiqi, milli mədəni irsin qorunması və bir sıra təşkilatı məsələlərə baxılacaq. Millət vəkili müzakirə olunacaq məsələlər barədə öz fikirlərini bildirəcək. Səfər martın 8-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31