Vidadi İsgəndərlinin erməni sevgisi

Siyasi mühacir adı ilə Avropaya sığınan "hüquq müdafiəçisi" Vidadi İsgəndərli dövlət və dövlətçilik, milli maraqlar əleyhinə fikirləri ilə yenidən gündəmə damğasını vurub. Bu dəfə Vidadi İsgəndərli ermənilərə açıq-aşkar sevgisini büruzə verib. "OLAYLAR" xəbər verir ki, Qarabağda müharibənin başlama ehtimalına toxunan "hüquq müdafiəçisi" deyib ki, Azərbaycan Prezidenti Qarabağda müharibə elan etsə, həmin silahı ermənilərə qarşı yox, Azərbaycan hakimiyyətinə qarşı istifadə edəcək.

Göründüyü kimi Vidadi İsgəndərli bu fikirləri ilə ermənilərə sevgisini izhar etməklə yanaşı, terrorçu olduğunu da təsdiqləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31