Hər yerdən əli üzülən Kərimlinin yeni planları- Təhlil
28 Fevral 2019 14:59 SiyasətYaxud AXCP sədrinin keçmiş ənənəsinə sadiqliyi
Əli Kərimli yenə öz ampluasındadır. Davamlı olaraq ölkədə xaos, anarxiya yaratmağı qarşıya məqsəd qoyan AXCP sədri bu dəfə də ənənəsinə sadiq qalaraq Xocalı faciəsinin 27-ci ildönümü ərəfəsində cəmiyyətdə qarşıdurma, gərginlik yaratmağa cəhd etdi. Azad söz, demokratiya deyə bar-bar bağıran Əli Kərimli sadə vətəndaşın ona ünvanlanmış sualına cavab vermək əvəzinə vətəndaşa qarşı güc nümayişinə üstünlıük verdi. Kərimlinin qoçuları vətəndaşa qarşı qeyri-etik davranış nümayiş etdirərək bir daha nəyə qadir olduqlarını ortaya qoydular.
Ümumiyyətlə, bunların mahiyyəti bundan ibarətdir. Baxmayaraq ki, özləri demokratiya, azad söz tələb edir, insan hüquq və azadlıqlarından dəm vururlar, ancaq qeyd edilən prinsipləri də pozan məhz özləri olur. Elə buna görədir ki, Azərbaycan vətəndaşı, cəmiyyət birmənalı olıaraq radikal siyasi düşərgəyə yox deyir, ona heç bir dəstək vermir. Elə ən son 19 yanvar mitinqi də sübut etdi ki, Azərbaycan cəmiyyəti radikalların yanında deyil. Çünki onların əsas istəyi, hədəfi Azərbaycanda xaos, anarxiya yaratmaq, ölkəmizi Suriya, İraq və digər qeyri-sabit dövlətlərin halına salmaqdır. Fəaliyyətləri də məhz buna hesablanıb. Burada maraqlı məqamlardan biri ondan ibarətdir ki, hətta radikalların yaxın çevrəsi belə xaosçulara dəstək vermir, onlarla eyni sıranı bölüşmürlər. Elə bu günlərdə Əli Kərimlinin doğulub boya-başa çatdığı Saatlı rayonunda qarşılaşdığı arzuedilməz bir mənzərə bunu deməyə əsas verir. Məlumat üçün qeyd edək ki. yaxın qohumunun (əmisi qızı) hüzr mərasimində iştirak etmək üçün Saatlıa rayonuna gedən AXCP sədri yaxın qohumları tərəfindən boykot edilib desək yanılmarıq. Belə ki, hüzr mərasiminin keçirildiyi məkana daxil olan Əli Kərimli orada iştirak edən insanlarda qıcıq yaradıb və AXCP sədrinin yaxınları mərasim məkanını tərk etməklə Əli Kərimliyə ən layiqli cavabı vermiş olublar. Bu da belə bir nətcəyə gəlməyə imkan verir ki, AXCP sədri heç yaxın qohumları tərəfindən ciddi siyasi fiqur kimi qəbul edilmir ki, bunun da səbəbləri hər kəsə bəllidir. Yuxarıda qeyd etdiyimiz kimi əsas səbəb Kərimlinin Azərbaycanı xaosa sürükləmək istəyidir. Ancaq göründüyü kimi AXCP sədrinin yaxın qohumları belə onun dövlətçilik, xalq əleyhinə yönəlmiş hərəkətlərini qəbul etmirlər. O zaman ortaya maraqlı bir sual çıxır. Əgər yaxın qohumları tərəfindən qəbul edilməyən bir siyasi lideri ümumilikdə Azərbaycan xalqı necə dəstəkləsin. Əlbəttə ki, bu mümkün olan bir məsələ deyil. Əgər Azərbaycan xalqı Kərimliyə dəstək versəydi 19 yanvar mitinqində "Məhsul" stadionuna 2 minə yaxın deyil, 20-30 minlər çıxardı. Yaxud Azərbaycan cəmiyyəti Kərimlini dəstəkləsəydi Xocalı soyqırımının 27-ci ildönümü ərəfəsində AXCP sədri "Ana harayı" abidəsini cəmi 5-10 nəfərlə ziyarət etməzdi. Yaxud öndər hesab etdikləri Məmməd Əmin Rəsulzadənin doğum günü ərəfəsində onun abidəsini ziyarət zamanı məhdud sayda insan iştirak etməzdi. Baxmayaraq ki, hələ Rəsulzadənin doğum günündən bir həftə əvvəl Kərimli və yaxın ətrafı sosial şəbəkələrdə çağırışlar edir, hamını Novxanıya səsləyirdi. Ancaq radikalların çağırışları heç bir fayda vermədi.
Əli hər yerdən, hətta yaxın qohumlarından belə üzülən Əli Kərimlinin indi də yeni bir oyuna start verdiyi bildirilir. Etibarlı mənbənin verdiyi xəbərə görə, AXCP sədri 2020-ci il parlament seçkilərində mandat əldə etmək üçün hakimiyyətlə bazarlığa getməyi qərarlaşdırıb. Hələlik Kərimli ilə hakimiyyət arasında kimin vasitəçi olduğu barədə dəqiq bilgilər verilməsə də, ancaq təklifin birbaşa AXCP sədrindən gəldiyi deyilir. Kərimlinin hakimiyyətlə bazarlığa getməsinin əsas səbəbi isə ona olan etimadın tamamilə itməsidir. Belə ki, həm xaricdəki Kərimlini, ümumilikdə radikal siyasi düşərgəni dəstəkləyən, onlara Azərbaycanda sabitliyi pozmaq üçün maliyyə ayıran dairələr, həm də daxildəki radikalların məhdud sayda elektoratı artıq aydın şəkildə görürlər ki, Kərimlinin heç bir siyasi perspektivi yoxdur və ona hansısa ümidlər bəsləmək olmaz. Tamamilə bitib tükənmiş birisinə də nə maddi. Nə də digər dəstək vermək əhəmiyyətsizdir. Ona görə də bütün bunları açıq şəkildə görən AXCP sədri keçmiş ənənəsinə sadiq qalaraq hakimiyyətlə bazarlığa getmək və ahıl yaşında deputat mandatı əldə edib yüksək məbləğlə pensiyaya çıxmaq barədə düşünür.
Məhəmməd