İrəvan Bakını suçladı, Kremlə müttəfiq deməyi isə “unutdu”

rəvan və Moskva münasibətlərini pozmaq qeyri-mümkündür.

Bunu Rusiya Federasiya Şurasının plenar iclasında çıxışı zamanı Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deyib. Onun sözlərinə görə, iki ölkənin dövlət başçıları arasında dialoq intensiv şəkildə aparılır.

Mirzoyan iki ölkənin media məkanlarında şübhəli manipulyasiyalardan istifadə edilərək guya üçüncü ölkələrin Ermənistandakı hadisələri təhrif etdiklərini və yanlış təqdim etdiklərini bildirib.

Spikerin açıqlamasında ən maraqlı maraqlı məqam isə İrəvanın Rusiyanı "strateji müttəfiq" yerinə "strateji tərəfdaş" adlandırması olub:

"Ermənistan-Rusiya münasibətləri özəldir. Ermənistan Rusiyanı özünün strateji tərəfdaşı hesab edib. Bizim münasibətlərin gələcəkdə gücləndirilməsi və bu yolda mümkün baryerlərin aşılması bizim xarici siyasətin prioritetlərindən biridir".

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31