"Sumqayıt hadisələri erməni qondarmasıdır"

Sumqayıt hadisələrinin 30 il sonra yenidən dəyərləndirməsi üçün tarixə ekskurs etməyə lüzum görmürəm. Çünki hal-hazırda da həmin nəhs presedent davam etməkdədir. Ötən ay Rusiyada azərbaycanlılarla çeçenlər arasında qarşıdurma cəhdləri bunun aşkar nümunəsi ola bilər. Məlum oldu ki, baş verənlərdə erməni faktoru olub."

Bu fikirləri Olaylar.az-a siyasi ekspert Rüfət Muradlı deyib. 

O bildirib ki, Sumqayıtda da bizim dilimizi bilən ermənilərin olayları körüklədiyi istintaqda sübuta yetirilmişdi: "Sonrakı proseslər Sumqayıt hadisələrinin məhz ermənilərin özlərini məzlum göstərmələri üçün qondardıqlarını ortaya qoydu. Nigaranedici olan isə bu tendensiyanın 30 il sonra təkrarlanmasıdır. Həmin hadisələri yenidən qabartmaq da Şimal Ayısının Cənubi Qafqazda zəifləməkdə olan mövqeyi ilə bağlı ola bilər və bu missiya öz forpostunu aktivləşdirməklə, münaqişəni yenidən körükləməklə reallaşdırılır. Üstəlik dünyanın Xocalı soyqırımına baxışında da Azərbaycanın haqlı mövqeyinə olan dəstəklərin artması ermənilərin Sumqayıt olaylarını qabartmaları üçün səbəb ola bilər."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31